İranın nüvə proqramına dair danışıqlar gələcəkdə Tehranla beynəlxalq siyasətin bir çox mühüm istiqamətləri üzrə dialoq üçün alətə çevrilə bilər. Bu, qlobal enerji təhlükəsizliyinin təminatı, həmçinin Əfqanıstan və İraqa dair məsələlər ola bilər. Bu barədə Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Əli Vayez bəyan edib.
“Vyanada “5+1” formatında İranın nüvə proqramına dair keçirilən danışıqlarda əvvəllər bununla əlaqədar mövcud problemləri həll etmək üçün tərəflərin bu cür böyük iradə nümayiş etdirməsi müşahidə olunmayıb. Buna baxmayaraq, gündəmdə olan əsas məsələlərə dair daha ciddi müzakirələr aparmaq lazımdır”, - deyə Ə.Vayez çərşənbə günü Bakıda NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında vurğulayıb.
Onun sözlərinə görə, baxmayaraq ki, danışıqların bir neçə raundu artıq baş tutub, hələ ki, ciddi irəliləyişlər əldə olunmayıb.
“Danışıqların gərgin xarakterinə baxmayaraq, əsas məsələlər həll olunmamış qalır. Tərəflər, o cümlədən İraqda baş verən proseslərlə bağlı məsələləri müzakirə edirlər”, - deyə Ə.Vayez bildirib.
Mütəxəssis qeyd edib ki, danışıqların əsas məqsədi İranın imkanlarının məhdudlaşdırılmasıdır.
Onun sözlərinə görə, İranda inanırlar ki, Qərbin danışıqlarda əsas məqsədi Tehranın nüvə potensialının məhdudlaşdırlması deyil, onu öz düşərgəsinə cəlb etməkdən ibarətdir.
“5+1” formatında keçirilən danışıqlarda üç əsas amili qeyd etmək olar. Birincisi, ən mühüm və eyni zamanda mürəkkəb məsələ İranın nüvə proqramının miqyasının müəyyən edilməsidir. İkinci əsas problem bundan ibarətdir ki, Qərb Tehranın 20 il ərzində nüvə proqramının şəffaflığını təmin etməsinə nail olmaq istəyir. İranda isə bu müddəti maksimum beş ilə qədər azaltmaq istəyirlər. Və üçüncüsü, Tehran Qərbin sanksiyaları ləğv etməsini istəyir”, - deyə A.Vayez vurğulayıb.
Almaniyanın Beynəlxalq Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Valter Poş, öz növbəsində bəyan edib ki, İran ərəb dünyasına inteqrasiya etmək istəyir.
“Əks təqdirdə Tehran ərəb dünyasında baş verən proseslərdən kənarda qala bilər. İran enerji və nəqliyyat mərkəzinə çevrilir, Rusiya ilə çox yaxındır və Yaxın Şərqdə lider rolunu oynamağa can atır”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu məsələdə Tehrana Səudiyyə Ərəbistanı ciddi rəqib ola bilər.
“Bir sıra ərəb dövlətləri və ilk növbədə Səudiyyə Ərəbistanı İranın lider olmasını istəmir və regionda “şiəlik amili”ni aradan qaldırmağa çalışır. Buna cavab olaraq Tehran ayrı-ayrı qrup və cərəyanları dəstəkləyir, imkan daxilində onları Livanın “Hizbullah” təşkilatına uyğunlaşdırır”, - deyə ekspert vurğulayıb.
İran-ABŞ münasibətlərinə toxunan V.Poş qeyd edib ki, tərəflər beynəlxalq terrorla mübarizə məsələlərində fəal əməkdaşlıq edə bilərdi, lakin Tehranın nüvə proqramı ilə bağlı məsələnin həll olunmaması buna əngəl törədir.
“Tehran yaxşı iqtisadi tərəfdaş ola bilər və Qərbə Əl-Qaidə ilə mübarizədə real köməklik edə bilər. Eyni zamanda İran çox uzun zamandır ABŞ-ın regionu tərk edəcəyinə ümid edir. Hətta əgər burada Avropanın iştirakı hiss olunsa belə, o zaman Avropa ölkələri regionda mühüm rol oynaya bilməyəcəklər”, - deyə V.Poş qeyd edib.
O vurğulayıb ki, İranın İsraillə münasibətləri ideoloji qarşıdurma xarakteri daşıyır.
“Fələstin-İsrail münaqişəsinin Fələstinin xeyrinə həlli İranın regionda hakim mövqe tutmasına səbəb ola bilər”, - deyə V.Poş bildirib.
Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının baş katibi Elxan Mehdiyev qeyd edib ki, ümumilikdə İranla Azərbaycan arasında əlaqələr balanslaşdırılmış xarakter daşıyır.
“Lakin Bakı ilə Tehran arasında münasibətlərdə vaxtaşırı bir qədər soyuqluq müşahidə olunub. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsində iki ölkə arasında fikir ayrılıqları var. Tehranda Azərbaycanın İsraillə sıx münasibtələrindən, Bakıda isə İranın Ermənistanla sıx əməkdaşlığından narazıdırlar”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ da Bakı-Tehran münasibətlərində gərginliyə səbəb olub.
“Vaşinqton Bakını Tehranla yaxınlaşmamağa çağırırdı. Bakıda isə dəfələrlə bəyan ediblər ki, Azərbaycan ərazisi İrana zərbə endirmək məqsədilə üçüncü dövlətlər tərəfindən istifadə oluna bilməz”, - deyə E.Mehdiyev bəyan edib.
Eyni zamanda o vurğulayıb ki, hazırda Azərbaycan-İran münasibətlərində isinmə
müşahidə olunur.
“Prezident Ruhaninin hakimiyyətə gəlməsi ilə Tehranın Bakı ilə münasibətlərində müsbət dəyişikliklər var”, - deyə ekspert bildirib.
O, həmçinin Tehranın Vaşinqtonla münasibətlərinə toxunub.
“Biz gün biz ABŞ-ın İranla birgə İraqda fəaliyyət göstərə bilməsinə dair məlumat əldə edirik. Buna baxmayaraq, İran dövlət rejimlərinin dəyişdirilməsi ilə bağlı Ağ Evin siyasətindən ehtiyatlanır. Və ABŞ-ın İran sərhədlərinə yaxınlaşması Tehranı ciddi narahat edir”, - deyə E.Mehdiyev qeyd edib.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət