Bu gün ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyasının yekunları üzrə Bakı bəyannaməsi qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına əsasən, qətnamə lehinə 99, əleyhinə 1, bitərəf 9 səs olmaqla qəbul edilib.
Rusiya nümayəndə heyəti etiraz əlaməti olaraq səsvermədə iştirak etməyib.
Sənəd müəllifləri Kiyev və Moskva arasında müşahidə olunan gərginliyə xüsusi diqqət ayırıblar.
Beləliklə, Bakı bəyannaməsində ATƏT PA Helsinki Yekun Aktında öz əksini tapmış sərhədlərin pozulmazlığı və ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə nizamlanması, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayır və Rusiya Federasiyasını Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını ləğv etməyə çağırır;
Ukraynanın dövlət sərhədi boyunca Rusiya Federasiyasının keçirdiyi hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik məsələlərində ciddi narahatlığın aradan qaldırılması məqsədilə Vyana sənədinin 16-cı bəndində nəzərdə tutulan təhlükəsizlyin azaldılması mexanizminin tətbiqinə dair bir sıra üzv dövlətlərin 2014-cü ilin aperel ayında üç dəfə irəli sürdüyü xahişləri dəstəkləyir;
RF-ni 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə uyğun olaraq qəbul edilmiş Gürcüstan ərazisinin işğalının dayandırılması üzrə öhdəlikləri yerinə yetirməyə və beynəlxalq hüququn əsas prinsiplərinə əməl etməyə çağırır;
ATƏT-də İsveçrənin sədrliyi ilə Ukrayna böhranının nizamlanmasında fəal iştirakı, ATƏT-in Ukrayna üzrə xüsusi monitorinq missiyasının yaradılması, eləcə də Ukraynada gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və milli dialoqun təşviqi üzrə fəaliyyət göstərən ATƏT və digər müvafiq beynəlxalq təşkilatların icraedici strukturlarının səylərinin artırılmasını alqışlayır;
Rusiyanın Ukraynaya qarşı münasibətdə Helsinki prinsiplərini açıq-aydın, kobud şəkildə pozmasını, xüsusilə Ukraynanın suvrenliyinin və ərazi bütövlüyünün pozulmasını pisləyir;
Ukraynanın ərazisinin işğalını pisləyir;
RF-nin şəxsi maraqları xeyrinə Ukraynanın suverenliyinə aid hüquqların pozulmasına yönəlmiş müxtəlif məcburiyyət formaları və hərbi təcavüz kimi hərəkətlərin tamamilə əsassız ehtimal və bəhanələrə əsaslanması qənaətindədir;
Ukraynanın suverenliyini, siyasi müstəqilliyini, birliyini və ərazi bütövlüyünü ölkə Konstitusiyasında müəyyən edilmiş qaydada və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərdə qəti şəkildə dəstəkləyir;
2014-cü il martın 16-da Krımda keçirilmiş referendumu nəticələrinin heç bir hüquqi qüvvəyə malik olmadığı qeyri-legitim və qanunsuz akt hesab edir;
Rusiya Federasiyasından Ukraynaya müdaxiləni, Şimali Baltik regionuna hərbi təxribat uçuşlarına son qoymağı, qoşunları Baltik ölkələri sərhədindən geri çəkməyi, Latviya, Litva və Estoniyanın rusdilli əhalisi arasında pozuculuq fəaliyyətinə son qoymağı tələb edir.
ATƏT PA təsdiq edir ki, ATƏT regionunda uzanan münaqişələrin həlli və onların dinc yolla və danışıqlar əsasında, razılaşdırılmış çərçivələr daxilində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqlara tam şəkildə riayət edilməklə tənzimlənməsində irəliləyiş əldə edilməsi üzrə tədbirlər görülməsi ATƏT-in başlıca vəzifələrindən biridir;
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, Vyana sənədi, eləcə də təhlükəsizliyin hərbi-siyasi aspektlərinə dair Davranış Məcəlləsinin əsas müddəalarına əsaslanaraq adi silahlara nəzarət haqqında razılaşmaların müasir hərbi-siyasi reallıqlara uyğunlaşdıırılmasının mühüm əhəmiyyətini qeyd edir;
son illərdə Arktika regionunda hərbi eskalasiyanı və Arktika əməkdaşlığının möhkəmlənməsində irəliləyişin əldə olunmasını nəzərə alır;
humanitar böhran vəziyyəti fonunda insan hüquqlarının pozulması və zorakılıq hallarının ara vermədiyi Suriyada böhranın aradan qaldırılması üzrə işlərin davam etdirilməsinin vacibliyini bir daha təsdiq edir və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə səy göstərməyə və bütün etnik qrupların hüquq və təhlükəsizliyinin bərabər şəkildə təmin edildiyi demokratik dövlət qurmağa çağırır;
ATƏT-ə üzv dövlətləri ərazilərinin terrorçu və fundementalist qruplar tərəfindən Suriyadakı dini və etnik azlıqlara, o cümlədən mülki əhaliyə hücum məqsədi ilə istifadəsinin qarşısını almağa çağırır.
Bakı bəyannaməsinə ATƏT PA-nın 23-cü sessiyasında qəbul edilmiş “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması”, “ATƏT regionunda vasitəçilik potensialının inkişaf etdirilməsi”, “Cənub-Şərqi Avropada regional əməkdaşlıq”, Terrorizmə qarşı mübarizə”, “ATƏT-in Əfqanıstanla bundan sonrakı qarşılıqlı fəaliyyəti”, “ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi”, “Etimad və qarşılıqlı yaşamaq regionu: ATƏT-in 40 illiyi”, “ATƏT regionunda ərzaq təhlükəsizliyi, məhdud su resursları və sabitlik”, “Kompleks immiqrasiya islahatları”, “ATƏT regionunda qaçqınların vəziyyəti”, “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi”, “Cinsi istismar məqsədi ilə uşaq ticarətinin qarşısının alınması və buna görə məhkəmə təqibi”; “İşgəncələrə qarşı mübarizə”, “Təhlükəsizliyin təmin edilməsi üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” adlı qətnamələr, eləcə də ATƏT PA-nın Siyasət və təhlükəsizlik, İqtisadiyyat, elm, texnika, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər komitələrinin qətnamələri daxil edilib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət