Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən konkret nəticə gözləməyə dəyməz. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Mən bu görüşün baş tutacağına hələ əmin deyiləm, çünki Parisdə keçirilməsi planlaşdırılan xüsusi görüş olmayacaq”, - deyə R.Musabəyov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi mümkünlüyünə dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin son məlumatını şərh edərkən bildirib.
Politoloq BMT Baş Assambleyasının sessiyasında prezidentlər İlham Əliyev və Serj Sarqsyanın eyni vaxtda iştirakına şübhə ilə yanaşdığını deyib.
“Bu görüş keçirilsə belə, işgüzar xarakter daşıyacaq. Mən bu görüşdən ən yaxşı halda hansısa ciddi danışıqlar raunduna start veriləcəyini gözləyirəm. Belədə isə heç bir konkret nəticə gözləmirəm”, - deyə R.Musabəyov qeyd edib.
Fransa prezidenti Fransua Ollandın təşəbbüskarı olduğu Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün keçirilməməsinə səbəb kmi politoloq münaqişə tərəflərinin mövqelərində böyük fərqin mövcud olmasını qeyd edib.
“Tərəflərin mövqeləri son dərəcə fərqləndiyindən onlar Parisdə xüsusi görüş keçirmək istəmirlər ki, oradan nəticəsiz qayıtmasınlar”, - deyə o vurğulayıb.
“Ukraynada baş verən hadisələrin beynəlxalq birlyin, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına marağını artırması mümkünlüyünü şərh edən politoloq qeyd edib ki, dünya ictimaiyyətinin diqqəti daha çox Ukrayna-Rusiya qarşıdurmasına yönələcək.
“Düşünmürəm ki, Ukrayna probleminə görə yüksək səviyyədə kimsə, məsələn, prezidentlər Putin və ya Obama qollarını çırmalayıb Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olsunlar. İndi əsas diqqət Ukraynaya yönəlib”, - deyə R.Musabəyov vurğulayıb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət