Hər gün səhər açılandan axşam düşənə kimi erməni mövqelərindən açılan atəş səsləri eşidilir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin ezam olunduğu Ermənistan qoşunları ilə təmas xəttində xidmət edən hər bir Azərbaycan əsgəri deyir.
“Üzbəüz yerləşən erməni bölmələrinin silahları yalnız gündüz susur. Bizim hər bir səhərimiz və axşamımız erməni işğalçılarının mövqelərindən açılan atəş səsləri ilə başlayır. Lakin bu, bizi qorxutmur. Biz öz torpağımızdayıq!”, - deyə cəbhə xəttinin Xocavənd istiqamətində xidmət edən əsgərlər bəyan edirlər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qoruyan bu cəsur əsgərlərin komandiri vurğulayır ki, onlar ölkə ərazilərini təcavüzkardan azad etmək əzmindədirlər. “Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Əsgərlərin döyüş ruhu çox yüksəkdir”, - deyə komandir qeyd edir.
Lakin bütün bunlar barədə bir qədər sonra. Qeyd etmək lazımdır ki, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə bir qrup jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi Füzuli istiqamətində cəbhə bölgəsdində vəziyyətlə tanış olub. Bundan başqa, biz ayrıca tibbi batalyonların birində, sadə dildə desək, hərbi hospitalda müalicə alan hərbçilərin saxlanma şəraiti ilə tanış olmaq imkanı əldə etdik. Burada yaradılan şərait tərifəlayiqdir. Ölkə rəhbərliyi, həmçinin Müdafiə Nazirliyi son dərəcə yaxşı şərait yaradıb. Burada hərbçilərin, həmçinin ağır yaralıların müalicəsi üçün lazım olan şərait var.
Azərbaycan Ordusunun düşmənin yaxınlığında yerləşən hərbi hissələri və ayrı-ayrı bölmələri də zamanın tələblərinə cavab verir.
Cəbhənin Füzuli istiqamətindəkı hərbi hissələrdən birinin komandiri erməni hərbçilərin nizamsız hərəkətlərini onların panikaya düşməsi kimi qiymətləndirir. “Sirr deyil ki, astəşkəs rejimi hər gün pozulur. Bunda yeni heç nə yoxdur. Qeyd etmək istərdim ki, təcavüzkarla üz-üzə olan Azərbaycan Silahlı Qüvvələri onların hər bir basqınının qarşısını alır. Biz onların hərəkətlərinə hücum kimi deyil, panikanın nəticəsi kimi baxırıq, çünki hücum ağılla həyata keçirilməlidir. Bu basqınlar qorxutma xarakteri daşıyır, yəni biz burdayıq”, - deyə komandir bildirib.
Cəbhənin Füzuli istiqamətindəkı hərbi hissələrdən birinin komandiri erməni hərbçilərin nizamsız hərəkətlərini onların panikaya düşməsi kimi qiymətləndirir. “Sirr deyil ki, astəşkəs rejimi hər gün pozulur. Bunda yeni heç nə yoxdur. Qeyd etmək istərdim ki, təcavüzkarla üz-üzə olan Azərbaycan Silahlı Qüvvələri onların hər bir basqınının qarşısını alır. Biz onların hərəkətlərinə hücum kimi deyil, panikanın nəticəsi kimi baxırıq, çünki hücum ağılla həyata keçirilməlidir. Bu basqınlar qorxutma xarakteri daşıyır, yəni biz burdayıq”, - deyə komandir bildirib.
İkinci Ordu korpusunun yüksək rütbəli zabitləri qeyd ediblər ki, Azərbaycan Ordusunun hərbçiləri, istər ehtiyatda olanlar, istərsə də ön mövqelərdə yerləşən qüvvələr olsun, qarşılarına qoyulan məqsəd və vəzifələri ruh yüksəkliyi ilə yerinə yetirirlər. Bu günlərdə Ali Baş Komandan, prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər edərək Qarabağ məsələsinə dair qətiyyətli və birmənalı mövqe bildirməsindən sonra Azərbaycan hərbçilərinin döyüş ruhu daha da yüksəlib.
Cəbhə bölgəsindəki kəndlərə gəlincə, qarşı tərəfdə müşahidə olunan vəziyyətdən fərqli olaraq burada həyat heç zaman dayanmayıb. Yerli mülki əhali öz ordusuna inanır və əmindir ki, əgər münaqişəni hərbi yolla həll etmək lazım gələrsə, o zaman işğala ən qısa zamanda son qoyulacaq.
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da buna əmindir. Onunla görüş avqustun 1-dən 2-nə keçən gecə qəhrəmancasına həlak olmuş 1991-ci il təvəllüdlü Sənan Quliyevin yas mərasimində baş tutub. Gənc olmasına baxmayaraq, şəhid əsgər evli olub. Onun bir övladı qalıb, daha bir övladı isə bu yaxınlarda dünyaya gələcək.
E.Hüseynov qeyd edib ki, Xocavənd əhalisi Qarabağ müharibəsində fəal iştirak edib. Bu torpaqların hər qarışı igid oğulların qanı ilə yuyulub. “Şəhidimiz Sənan Quliyevin babası Əlqəmə Quliyev və bütün ailəsi erməni separatçılarına qarşı hərbi əməliyyatların iştirakçıları olub. Onun hazırda 75 yaşı olmasına baxmayaraq, bu gün də əlinə silah götürərək düşmənlə döyüşə getməyə hazırdır”, - deyə icra başçısı vurğulayıb.
Öz növbəsində Əlqəmə Quliyev Azərbaycan xalqını ölüm qorxusunu kənara qoymağı və silahlanaraq torpaqları qaytarmağa çağırıb. “Mənim 75 yaşım var, indi də düşmənlə döyüşməyə hazıram. Qarabağlı kəndi işğal olunanda mən 1 oğlumu, 4 qardaşım oğlunu, 4 xalam oğlunu itirdim, onların dağı hələ də ürəyimdədir. Bir-birinizə dayaq durun, düşmənin üstünə gedin. Ölümdən qorxmayın! Bilin ki, Dağlıq Qarabağda erməni yoxdur. Orada 3-5 nəfər var. Onlar da bizi görən kimi qorxub qaçacaqlar. Mən utanıram ki, vaxtilə bizim əkdiyimiz, biçdiyimiz yerlər indi ermənilərin əlindədir. Sizdən çox xahiş edirəm, şəhidlərimizin qanını yerdə qoymayın. Namus, qeyrət edin. Yaba ilə də olsa düşmənin üstünə gedin”, - deyə Ə.Quliyev rayon ictimaiyyətinə müraciət edib.
İcra başçısı E.Hüseynov əmindir ki, Azərbaycan prezidenti yaxın vaxtlarda torpaqlarımızın erməni işğalçılarından azad edilməsi barədə əmr imzalayacaq. “Son zamanlar Azərbaycan Ordusunda böyük dəyişikliklər və inkişaf müşahidə olunur. Bu gün ordumuz işğal altında olan əraziləri azad etmək iqtidarındadır. Əminəm ki, yaxın zamanda Ali Baş Komandan müvafiq əmr imzalayacaq. Bu, xalqın iradəsidir”, - deyə o vurğulayıb və bildririb ki, tezliklə Azərbaycan bayrağı Qarabağın bütün şəhərlərində dalğalanacaq.
“Son bir neçə gün ərzində biz bir neçə şəhidimizin yas mərasimində iştiark etmişik. Müşahidə etdiyimiz şərait heç bir şəhid ailəsinin itkiyə görə heyfsilənmədiyini deməyə əsas verir. Qoy hamı əmin olsun ki, itirdiyimiz bir hərbçinin əvəzində düşmən 5-10 qat artıq itki verir. Biz oğullarımızın uğrunda şəhid olduqlarını həyata keçirməyə çalışmalıyıq. Biz Azərbaycanın üçrəngli bayrağını Qarabağın bütün şəhərlərində ucaldacağıq”, - deyə o bəyan edib.
E.Hüseynovun sözlərinə görə, son günlər baş verən hadisələr ictimaiyyəti “oyadıb”. “Bu, şəhidlərimizin daha bir xidmətidir. Həlak olan oğullarımız bizi Vətəni daha da çox sevməyə vadar etdilər”, - deyə o əlavə edib.
Yas mərasimdə iştirak edən jurnalistlər burada toplaşan yerli ictimaiyyətə həmin gün cəbhənin Tovuz rayonu istiqamətində 4 erməni təxribatçının məhv edilməsi, birinin isə girov götürülməsi barədə məlumat veriblər, xəbər sevinclə qarşılanıb. Mərasim iştirakçılarının gözlərindən məmnunluq və inam oxunurdu. Bu, Azərbaycan Ordusunun gücünə inam idi.
Sonda qeyd etmək istərdim ki, bu ərazinin düşmənin mövqelərinə yaxın yerləşməsi ilə şərtlənən ağır vəziyyətə baxmayaraq, hər bir sakin, Vətənin keşiyində duran hər bir əsgər şücaətlidir və intiqam hissi ilə alışıb-yanır.
Azərbaycan Ordusunun cəbhənin cənub-qərb istiqamətindəki ön mövqelərindən Fərdin İsazadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət