Nizami Gəncәvi Beynәlxalq Mәrkəzinin Baş Katibliyinin nümayəndələri qurumun beynəlxalq әlaqәlәrini güclәndirmək, həmçinin Diasporla İş üzrә Dövlәt Komitәsinin dәstəyi ilə təşkil ediləcək III Qlobal Müştәrәk Cәmiyyәtlәr Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya sәfәr ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sәfәr çərçivəsində Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə dünyanın qlobal problemlәri, eləcə də Azәrbaycanla Yaponiya arasında mәdәni vә elmi әməkdaşlığın möhkәmləndirilmәsi istiqamәtindә geniş fikir mübadilәsi aparılıb.
Tokioda Baş Katibliyinin nümayəndələri Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koichuro Matsuura, Sasakava Sülh Fondunun baş mәslәhәtçisi Yoshiaki Sasaki, hökumətin iqtisadi mәsələlər üzrә sabiq müşaviri vә Çiba Universitetinin prezidenti Horuo Shimada, Xarici Әlaqәlәr Komissiyasının beyin mәrkәzlәrindәn biri olan Genron NPO şirkətinin prezidenti Yasushi Kudo, həmçinin Şәrqi Asiya Cәmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cәmiyyəti, İnkişaf etmәkdә olan iqtisadiyyatlar institutunun rәhbәrliyi ilә görüşlәr keçirilib. Səfər çərçivəsində dünyanın nәhәng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbәrliyi ilә dә müzakirәlәr aparılıb.
Müzakirәlәrin sonunda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub.
Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, K.Matsuura vә həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildә Bakıda keçiriləcәk III Müştərәk Cəmiyyәtlәr Forumuna dəvət olunub.
Forum çәrçivәsindә müzakirә ediləcək mövzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu olacaq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır.
Ukrayna və Gürcüstanın eks-prezidentləri Viktor Yuşenko və Mixail Saakaşvili, Latviyanın sabiq prezidenti Vike Vayra-Frayberqa və bir sıra dövlət və hökumətlərin sabiq başçıları mərkəzin üzvüdür.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət