17 avqust SSRİ-nin xalq artisti, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin doğum günüdür və bununla əlaqədar Fəxri Xiyabanda onun anım mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ictimai, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları və sənət dostlarının iştirakı gözlənilir.
M.Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan mədəniyyəti festivalının son konsertindəki çıxışı ona ümumittifaq şöhrəti gətirib.
M.Maqomayevin ilk solo konserti 1963-cü il noyabrın 10-da P.İ.Çaykovski adına konsert zalında baş tutub. Onun konsert repertuarında 600-dən çox əsər (rus romansları, klassik, estrada və Neapol mahnıları) var; o, «Nizami», «Oxuyur Müslüm Maqomayev» və «Moskva notlarda» filmlərində çəkilib. M.Maqomayev 20-dən çox mahnının, film və tamaşa musiqisinin müəllifidir. O, həmçinin dünya opera və estrada səhnəsinin ulduzları, o cümlədən də Amerika müğənnisi Mario Lansın həyat və yaradıcılığına dair silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı olub, bu müğənni barədə kitab yazıb.
M.Maqomayevin son mahnılarından biri 2007-ci ilin mart ayında Sergey Yeseninin sözlərinə yazılmış “Əlvida, Bakı” mahnısı olub.
M.Maqomayev “Şöhrət” (1997), “Qırmızı Əmək Bayrağı” (1971), “Xalqlar Dostluğu” (1980), İstiqlal” (2002) ordenləri və “Şaxtaçı şöhrəti” III dərəcəli döş nişanı ilə təltif edilib. 2004-cü ildə RF təhlükəsizlik, müdafiə və asayiş problemləri Akademiyasının M.V.Lomonosov adına ordeni ilə təltif edilib. 2005-ci ildə Rusiya mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə Böyük Pyotr adına Milli mükafata layiq görülüb. Rusiya mədəniyyətinin inkişafında mühüm nailiyyətlərə görə təqdim edilən “Dankonun ürəyi” ordeni kavaleridir.
M.Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət