Bazar günü axşam Yer kürəsinin yaxınlığından 20 metrlik asteroid keçəcək. Bu barədə NASA məlumat verir.
Mütəxəssislərin hesablamalarına görə, 2014 RC nömrəli asteroid sentyabrın 7-də Moskva vaxtı ilə saat 22:00 radələrində (18:00 UTC) Yerə minimal məsafədə yaxınlaşacaq. Həmin vaxt o, təxminən Yeni Zelandiya sahilləri üzərində olacaq.
Alimlərin hesablamalarına görə, asteroidin ölçüsü 20 metrdir.
Obyekt Yerlə Ay arasındakı məsafədən 10 dəfə az məsafəyə qədər planetimizə yaxınlaşacaq (təxminən 40 min kilometr), daha sonra isə maneəsiz Günəş istiqamətinə doğru yönələcək.
Asteroid geostasionar orbitdə yerləşən müxtəlif təyinatlı peyklər (Yer səthindən təxminən 36 min kilometr) üçün də təhlükə törətmir.
NASA-nın saytında verilən məlumata görə, 2014 RC nömrəli asteroid ilk dəfə astronomlar tərəfindən 2014-cü il avqustun 31-də Arizona ştatında müşahidə olunub, ertəsi gecə alimlər onu Havay adalarındakı rəsədxanada müşahidə ediblər. Hər iki müşahidə haqqında məlumatlar Massaçusets ştatındakı Kiçik Planetlər Mərkəzinə təqdim edilib. Daha sonra obyektin hərəkət trayektoriyası əlavə müşahidələr nəticəsində təsdiq olunub.
Bununla yanaşı, NASA-nın məlumatında deyilir ki, asteroid gələcəkdə yenidən Yerin yaxınlığından keçə bilər, buna görə də müşahidələr davam etdiriləcək. Lakin ilkin hesablamalara görə, o, planetimiz üçün ciddi təhlükələr törətməyəcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət