“BP-Azerbaijan” şirkəti 2004-2014-cü illər ərzində Azərbaycanda ətraf mühitin 116 monitorinq tədqiqatını aparıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin Ətraf Mühit Departamentinin baş mütəxəssisi Amrita de Souza cümə axşamı Bakıda “Xəzər Şelfi” konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 92 ekoloji monitorinq dənizdə, 38-i quruda, 24-ü isə sahilboyu zonada aparılıb.
“Bundan başqa, şirkət “BP”nin Meksika körfəzində idarə etdiyi platformada baş verən hadisəyə bənzər fövqəladə halların qarşısının alınması üzrə iş aparır. Bu yaxınlarda biz Azərbaycanın bütün həssas nöqtələrində, xüsusilə “BP-Azerbaijan”ın reallaşdırdığı layihələr çərçivəsində boru kəmərlərinin keçdiyi yerlərdə ətraf və sosial mühitin qiymətləndirilməsini nəzərdə tutan böyük layihənin həyata keçirilməsini başa çatdırmışıq”, - deyə A.Souza qeyd edib.
Onun sözlərinə görə, bu iş neft dağılmalarının qarşısını almaq məqsədilə həyata keçirilib. Şirkət işlərin nəticələrini Fövqəladə Hallar Nazirliyi və SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) təqdim edib.
A.Souza onu da xatırladıb ki, hazırda “BP-Azerbaijan”ın idarə etdiyi neft platformalarında məşəllərdə hasil edilən səmt qazının ümumi həcminin 2%-i yandırılır.
“Bu, standart normalardan kifayət qədər aşağıdır və təhlükəsizlik məqsədi ilə həyata keçirilir. Bəzən səmt qazının müəyyən həcmini məşəldə yandırmaq onun utilizasiyasından daha təhlükəsizdir”, - deyə A.Souza qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət