İcbari Sığorta Bürosunun (İSB) üzvü olan şirkətlər 2014-cü ilin sentyabr ayında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası, sərnişinlərin icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 1 mln. 28,193 min manat sığorta haqqı toplayıblar.
“2014-cü ilin sentyabr ayında İSB üzvləri bu 3 sığorta növü üzrə 9,772 min sığorta müqaviləsi bağlayıblar”, - deyə İSB-nin məlumatında bildirilir.
Fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 977,689 manat (9,405 min sığorta müqaviləsi), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18,69 min manat (225 müqavilə), sərnişinlərin icbari sığortası üzrə 31,814 min manat (142 müqavilə) təşkil edib.
İSB-nin məlumatına görə, 2013-cü ilin sentyabr ayının göstəricisi ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 48,5% azalıb, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə müqavilələrin sayı 14,21% artıb.
Bütövlükdə cari ilin sentyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin 75,7%-i yaşayış evləri və mənzillər, 0,44%-i inzibati binalar, 23,86%-i digər daşınmaz əmlakla bağlı olub.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə - fiziki şəxslərə məxsus yaşayış evləri və mənzillərə, hüquqi şəxslərin ofislərinə, dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik şəbəkəsində qısaqapanma nəticəsində yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə əlaqədar baş vermiş faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir. Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası, 11 sığorta şirkəti daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 1 sığorta şirkəti isə sərnişinlərin icbari sığortası üzrə xidmətlər göstərmək üçün lisenziyaya malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət