Azərbaycanda ilk dəfə Bakı Elm Festivalı keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın təşkilatçılığı ilə keçirilən və iki gün davam edən festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın əsas binasında baş tutub.
Festival Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi ilə keçirilir.
Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu qeyd edib.
Akademik vurğulayıb ki, yerli elmin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. AMEA rəhbəri ölkədə elmin inkişafı və qarşıda duran vəzifələrə də toxunub.
Sonra təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər. Onlar festival haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər festivalın Azərbaycan elminin inkişafına böyük bir töhfə verəcəyini qeyd ediblər.
Daha sonra tədbirin bədii hissəsi başlanıb. Qonaqlar Mərkəzi Elmi Kitabxananın yeni binasında əks etdirilən sərgi ilə tanış olublar.
Bakı Elm Festivalının birinci günü Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya və digər muzeylərə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və digər ali təhsil müəssisələrində 23 elmi-populyar mühazirə dinlənilib. Eyni zamanda, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olub.
Festivalın ikinci gününün proqramında isə ölkə alimlərinin ixtiralarına aid eksponatların sərgisi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət