Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması ilə bağlı Konstitusiya müddəası müstəsna əhəmiyyət kəsb edir.
“Lakin bu, o demək deyildir ki, insan hüquqları və azadlıqları heç bir məhdudiyyətə məruz qala bilməz”, - deyə F.Abdullayev respublikada qeyd edilən Konstitusiya günü münasibəti ilə Konstitusya Məhkəməsinin rəsmi saytında dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, Konstitusiyanın özündə nəzərdə tutulur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
“Bu baxımdan demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olan məhdudiyyətlər məhz insan hüquqlarının daha səmərəli təminatına imkan verir, cəmiyyətin və millətin təhlükəsizliyinin, digər şəxslərin hüquq və azadlıqlarının qorunmasının təminatlarından biri kimi çıxış edir”,- deyə F.Abdullayev vurğulayıb.
“İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini universal beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil. Bu mənada ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına hörmətinin təzahürü olaraq Əsas Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir, həmin beynəlxalq müqavilələrin milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyünü nəzərdə tutur”,- deyə o bildirib.
Sədr qeyd edib ki, Azərbaycanda reallaşdırılmış hər iki konstitusiya islahatı ölkə həyatının müxtəlif sahələrində gedən sürətli müasirləşdirmə, hüququn müasir inkişaf meylləri və ölkəmizin Avropa ailəsinə fəal inteqrasiyası ilə əlaqədar olub.
“2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər ölkəmizdə demokratikləşmə proseslərinin daha da dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədlərinə xidmət edibƏminliklə qeyd edə bilərik ki, Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarları ilə Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi məqsədlərinə xidmət edir, Azərbaycanın milli hüquq sisteminin və qanunvericiliyinin inkişafına öz töhfəsini verir, onları konstitusiya ideyaları ilə zənginləşdirir”,- deyə F.Abdullayev bildirib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət