Azərbaycan Mərkəzi Bankının respublikada fəaliyyət göstərən bankların kapitalına minimal tələbin 5 dəfə - 50 mln. manatadək artırılması qərarı öz effektivliyini nümayiş etdirdi. Bu barədə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev cümə günü MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında bəyan edib.
“2014-cü il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun məcmu kapitalı 3,8 mlrd. manata yaxın təşkil edib, bu isə cari il avqustun 1-nə olan göstəricidən 1,2%, 2014-cü ilin göstəricisindən 10,6% və illik hesablamada 22% çoxdur (2013-cü il sentyabrın 1-nə olan göstərici ilə müqayisədə)”, - deyə C.Hacıyev bildirib.
O qeyd edib ki, 2014-cü ilin aprel ayında “Moody`s” agentliyi Azərbaycanın bank sistemi üzrə sabit proqnozu təsdiq edib.
C.Hacıyev vurğulayıb ki, “Moody`s”in qiymətləndirmələrinə görə, yaxın 12-18 ay ərzində Azərbaycanda banklar əlverişli əməliyyat mühiti, aktivlərin sabit keyfiyyəti və kifayət qədər olan kapital ehtiyatından fayda götürməkdə davam edəcəklər.
Xəbər verildiyi kimi, AMB-nın qərarına əsasən, 1 yanvar 2015-ci ilədək Azərbaycanda bankların məcmu kapitalı 50 mln. manat təşkil etməlidir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
Hazırda Azərbaycanda 44 bank fəaliyyət üçün lisenziyaya malikdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət