Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2015-ci ildə “Genişzolaqlı internetin inkişafı” (“Hər evə optika”) layihəsinə başlamağı planlaşdırır. Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bazar ertəsi mətbuat konfransında məlumat verib.
“Hazırda bu layihəyənin həyata keçirilməsinə hazırlıq işləri başa çatıb. Biz indi Dövlət Neft Fondundan vəsait ayrılmasını nəzərdə tutan sənədin təsdiqlənməsini gözləyirik. Layihə gələn il həyata keçirilməyə başlayacaq və üç il davam edəcək. Lakin konkret nəticələri layihə başlayandan bir il sonra görmək mümkün olacaq”,- deyə o qeyd edib.
Nazir müavini söyləyib ki, RYTN Azərbaycanda elektron imzanın tətbiqinin genişləndirilməsinə dair təkliflər də hazırlayıb.
“Əgər təklifimiz qəbul olunsa, artıq bir ildən sonra ölkədə bütün vətəndaşlar elektron imzaya sahib olacaqlar”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, “Hər evə optika” layihəsi Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir. Layihə ucqar regionlar da daxil olmaqla, ölkədə genişzolaqlı internetin (ADSL) inkişafına yönəlib.
Layihənin dəyəri $500 mln. təşkil edir.
Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
N.Abbasova
Həsənov: “Heç kəs bizimlə təhdid dilində danışa bilməz”
XİN: Fransanın rəsmi qurumları Azərbaycana qarşı təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
Azərbaycanda 64 nəfər COVID-19-a yoluxub
Dağıstanın turizm potensialı “AITF 2023” sərgisində təqdim olunacaq
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yeni formatda keçirilməsi təklif edilib
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Erməni hərbçilər arasında atışma nəticəsində bir nəfər ölüb
KTMT Ermənistana missiya göndərmək üçün layihə hazırlayıb
Tasmaqambetov: Cənubi Qafqazda vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək