Azərbaycan Bakı-Tbilisi -Qars və Şimal-Cənub layihələrini həyata keçirməklə bütün Avrasiya məkanında yeni inteqrasiya layihələrinin yaradılmasının mümkün olduğuna nümunə göstərir. Azərbaycan Mili Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi işçisi, “Qafqaz Tarix Mərkəzi”nin direktoru Rizvan Hüseynov belə hesab edir.
“Azərbaycan planetin ən böyük materikinin- Avrasiyanın şəqri ilə qərbini, şimalı ilə cənubunu birləşdirən iki unikal layihənin qovşağına və logistika mərkəzinə çevrilir”,- deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ekspertin sözlərinə görə, əgər bu gün Rusiyada Avrasiya iqtisadi layihələrinin reallaşdırılması imkanları müzakirə olunursa, Azərbaycan Bakı-Tbilisi -Qars və Şimal-Cənub layihələrini həyata keçirməklə bütün Avrasiya məkanında yeni inteqrasiya layihələrinin yaradılmasının mümkün olduğuna nümunə göstərir.Bu layihə Çin, Hindistan, İran, Rusiya , Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrini əhatə edəcək.
R.Hüseynov 2015-ci ildə Yaponiya, Çin, Mərkəzi Asiya, Qafqaz və Türkiyəni Böyük Britaniyaya ilə birləşdirəcək Bakı- Tbilisi -Qars dəmir yolu layihəsinin unikallığını qeyd edib. “Bu layihə artıq yeni “İpək Yolu” adını qazanıb, çünki bu layihə Avrasiya ölkələri üçün quru yollarının keçmiş iqtisadi əhəmiyyətini və şöhrətini geri qaytarmağa kömək edəcək və ABŞ, digər qərb dövlətlərinin əlində cəmlənmiş tranzit dəniz yolları inhisarının qarısını alacaq.Məhz bu səbəblə ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəstəkləmir və onun həyata keçirilməsinə hər yolla mane olmaq istəyir”,- deyə ekspert qeyd edib.
Alim qeyd edib ki, İran, Hindistan, Fars Körfəzi ölkələrini Rusiya və digər ölkələrlə birləşdirəcək Şimal Cənub layihəsinin də vacibliyini vurğulayıb.
“İran prezidenti Həsən Ruhaninin noyabrın 12-13-də Bakıya səfəri çərçivəsində bu unikal layihənin həyata keçirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib.Şimal Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsi Azərbaycan və Qafqaz ərazisindən keçməklə Fars Körfəzindən Qara dənizə, Aralıq dənizinə, ordan da Avropa sahillərinə tranzit və logistika yolunun açılmasına imkan verəcək.Azərbaycan və İranın coğrafi mövqeyi imkan verir ki, bu iki ölkə bir- birləri üçün İranın Avropa ilə, Azərbaycanın isə cənub dəhlizi ilə birləşməsində keçid körpü rolunu oynasınlar.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/626694 ünvanında tanış olmaq olar.
F.Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət