“Coca-Cola” şirkəti iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının sayca yeddinci rəsmi tərəfdaşı oldu.
Cümə axşamı gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov, “Coca-Cola” şirkətinin Türkiyə, Qafqaz və Asiya üzrə biznes blokunun prezidenti Qalya Frayman Molinas və «Azerbaijan Coca-Cola Bottlers» MMC-nin baş direktoru Cem Becel müvafiq saziş imzalayıblar.
“Coca-Cola” şirkəti müxtəlif Olimpiya komitələri ilə 80 illik əməkdaşlıq təcrübəsinə malikdir və bu tarixi məqamda Azərbaycanı dəstəkləmək bizim üçün şərəfdir”, - deyə Q.Molinas bəyan edib.
O vurğulayıb ki, “Coca-Cola” tarixdə ilk Avropa Oyunlarını yüksək səviyyədə təbliğ etməyə hazırdır.
“Azərbaycan bizim üçün çox maraqlı və mühüm ölkədir. Biz artıq 20 ildir burada fəaliyyət göstəririk və 2017-ci ildə növbəti İslam Həmrəylik Oyunlarının və “Formula-1” yarışlarının keçirilməsinə dəstək göstərməyə hazırıq”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
“Biz Azərbaycan dövləti ilə birgə sağlam həyat tərzini təbliğ etməyə hazırıq”, - deyə Q.Molinas vurğulayıb.
Öz növbəsində A.Rəhimov “Bakı-2015” Avropa Oyunlarının layiqincə keçiriləcəyinə əminlik ifadə edib.
“Əminəm ki, Birinci Avropa Oyunları “yüksək səviyyədə keçiriləcək və biz ölkəmizi layiqincə təmsil edəcəyik. Bakıda keçiriləcək Avropa Oyunları bütün qitə üçün möhtəşəm idman bayramı olacaq. Bu oyunlar avropalı atletlərə öz idman növlərində ədalətli mübarizə aparmağa imkan yaradacaq”, - deyə BEGOC-un baş icraçı direktoru bəyan edib.
A.Rəhimov “Coca-Cola” ilə tərəfdaşlığa dair sazişin imzalanmasını alqışlayıb. “Biz məşhur brendin rəsmi tərəfdaşımız olmasından çox məmnunuq. Bu, dünyanın Avropa Oyunları barədə məlumatlandırılması istiqamətində işi kifayət qədər gücləndirməyə imkan verəcək”, - deyə o söyləyib və əlavə edib ki, “Bakı-2015” Avropa Oyunlarının ümumilikdə səkkiz rəsmi tərəfdaşı olacaq.
Nazir, həmçinin deyib ki, bu günlərdə Avropa Oyunlarının 13 ulduz elçisinin adları elan edildi. Bu isə, şübhəsiz ki, çoxlu sayda insanın beynəlxalq idman turnirinə maraq göstərməsinə səbəb olacaq.
A.Rəhimovun sözlərinə görə, bu günə BEGOC-un ünvanına Oyunlarda könüllü olmaq istəyən şəxslərdən 16 mindən artıq müraciət daxil olub.
Jurnalistlərin suallarına cavab verən BEGOC-un icraçı direktoru vurğulayıb ki, Birinci Avropa Oyunlarına hazırlıq işləri müəyyən edilmiş qrafikə uyğun olaraq aparılır.
“Bakı-2015” Avropa Oyunları çərçivəsində yarışların keçiriləcəyi bütün idman tikililərində hazırlıq işləri müəyyən edilmiş plana uyğun olaraq davam etdirilir. Tikinti işləri başa çatmaq üzrədir. 2014-cü ilin sonunda Azərbaycan prezidenti inşa edilən idman obyektlərində olub, burada işlərin 93-95%-i artıq yerinə yetirilib”, - deyə A.Rəhimov bildirib.
Onun sözlərinə görə, xüsusilə Su İdmanı Növləri Sarayında artıq tamaşaçılar üçün oturacaqların quraşdırılmasına başlanılır.
“Əminəm ki, Birinci Avropa Oyunları üçün idman obyektləri ilə bağlı heç bir problem yoxdur. Martın sonuna qədər bütün idman obyektlərinin inşasını başa çatdırmağı planlaşdırırıq. Bundan sonra orada sınaq tədbirləri keçiriləcək. Olimpiya Stadionuna gəlincə isə, orada Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin iştirakçılarının məşqləri keçiriləcək”, - deyə nazir vurğulayıb.
“Bu gün bizim üçün fantastik gündür. Biz “Coca-Cola” şirkəti ilə tərəfdaşlığa dair saziş imzaladıq. “Coca-Cola”nı olimpiya ailəmizdə salamlamaqdan məmnunuq”, - deyə BEGOC-un baş əməliyyat direktoru Saymon Kleq bəyan edib.
O, beynəlxalq idman yarışlarının işıqlandırılmasında şirkətin zəngin təcrübəsini qeyd edib.
“Azərbaycan Avropa Oyunlarını keçirən ilk dövlət olacaq. Bu tarixi hadisə Avropada yeni tarix yazmağa imkan verəcək. Bu beynəlxalq yarışlar bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. “Bakı-2015” Avropa Oyunları dünyanın azərbaycanlıları daha yaxşı tanımasına imkan yaradacaq”, - deyə S.Kleq vurğulayıb.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
Vaşinqton İrəvanı və Bakını deeskalasiyaya çağırıb
Dövlət Departamenti: Blinken Əliyevə İrəvanla sülh danışıqlarında kömək təklif edib
2022-ci ildə Bolqarıstan Azərbaycandan qaz idxalına 400 milyon avroya yaxın vəsait sərf edib
2022-ci ildə Yunanıstan Azərbaycandan qaz alışına təxminən 2 milyard avro sərf edib
2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro sərf edib
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək