Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek əmindir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 28-də Strasburqda ermənilərin apellyasiya şikayətinə baxılmasının yekunları üzrə İsveçrədə “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuz olması barədə daha əvvəl çıxardığı hökmü qüvvədə saxlayacaq.
“Hər şey çox uğurla keçdi, bütün xarici müşahidəçilər bu barədə danışırlar. Türkiyə tərəfi məsələyə çox praqmatik və emosiyasız yanaşdı, öz mövqeyini bildirdi.Qarşı tərəf, yəni İsveçrə və xüsusilə Ermənistan tərəfi isə öz mövqeyini emosional, bəzən qeyri-adekvat şəkildə bildirdi ki, hakimlər də buna çox mənfi reaksiya göstərdilər”, - deyə D.Perinçek Strasburqda “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə Ermənistan tərəfinin qaldırdığı apellyasiya şikayətinə AİHM-də baxılmasından sonra azərbaycanlı jurnalistlərə bildirib.
“Hesab edirəm ki, biz nəticə olaraq bu məhkəmə prosesində qələbənin şahidi olacağıq. Mən məhkəmədə hökm sürən atmosferə əsasən belə bir qənaətə gəlmişəm. Almaniya hökumətinin “Holokost”un erməni soyqırımı ilə eyniləşdirilməsinin düzgün olmaması barədə verdiyi son bəyanat da bizə belə deməyə əsas verir. Biz erməni soyqırımı barədə iddiaları tamamilə məhv edəcək qələbəyə doğru gedirik”,- deyə o qeyd edib.
D.Perinçek əmindir ki, AİHM-in Türkiyənin haqlı olmasını təsdiq etməsi “erməni soyqırımı”nı tanımayanların məsuliyyətə cəlb olunması barədə bir çox ölkələrdə çıxarılmış qərarların ləğv edilməsinə gətirib çıxaracaq.
“Məhkəmə bizim xeyrimizə qərar çıxardıqdan sonra görəcəksiniz ki, həm İsveçrədə, həm də bütün Avropada, eləcə də onun hüdudlarından kənarda müxtəlif ölkələrin parlamentləri bir-birinin ardınca “soyqırım” haqqında qərarı ləğv edəcəklər. Qeyd etmək istəyirəm ki, bu ölkələrin bir hisssəsi Avropa Şurasının üzvüdür və AİHM-in qərarı onlar üçün icbaridir. Buna görə də biz AİHM-in qərarını səbirlə gözləyəcəyik və yalnız bundan sonra azərbaycanlılarla və digər türklərlə birlikdə yeni mübarizəyə başlayacağıq”,- deyə o qeyd edib.
D.Perinçek bildirib ki, “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə məhkəmə prosesi gedərkən AİHM-in binası qarşısında Türkiyə və Azərbaycan diasporlarının işə ədalətlə baxılmasını tələb edən kütləvi aksiyası zamanı ermənilərin türkləri münaqişə törətməyə təhrik etmək cəhdləri uğursuzluqla nəticələnib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Strasburqdan xəbər verdiyi kimi, Türkiyə İşçi Partiyasının lideri bu məsələdə göstərilən dəstəyə görə Azərbaycan hökuməti və ictimaiyyətinə də minnətdarlığını bildirib.
F.Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət