Prezident İlham Əliyev Xocalı faciəsini törətmiş insanları üzr istəməyə və bunun baş verməsini etiraf etməyə çağırıb.
«Elə bir vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır”, - deyə dövlət başçısı 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, əfsuslar olsun ki, Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur.
“Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib və bu insanların yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər”, - deyə prezident vurğulayıb.
O qeyd edib ki, ermənilər Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər.
“Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa nail olublar. Bu faciə ilə bağlı kifayət qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi, lentə alınmışdı. Bu soyqırımından xilas olan adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu cür halların təkrar baş verməməsi üçün bunu törətmiş insanlar öncə ən azından üzr istəməli və bunun baş verməsini etiraf etməlidirlər”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, yalnız bundan sonra barışıq ola bilər.
«Belə olan təqdirdə barışmaq daha asan olacaq. Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə yaşayırdıq. Biz ermənilərlə sülh şəraitində bir yerdə yaşayırdıq. İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada, Ağdamda Azərbaycan məscidləri tamamilə dağıdılıb. İlk növbədə onlar bu məscidləri dağıtmamalı idi, amma indi onlar bunun yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz onlarla əlbəttə ki, barışacağıq, çünki gec və ya tez sülh olacaq, iki xalq yenə də birlikdə yaşayacaq», - deyə prezident qeyd edib.
R.Babayev
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət