Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixracyönümlü məhsulların istehsalı üzrə layihələrin reallaşdırılmasını stimullaşdırmağı planlaşdırır. Bu barədə nazir Əli Abbasov çərşənbə günü Xəzər-Avropa Klubunun (Caspian European Club) biznes forumunda çıxışında bəyan edib.
“Hazırda Azərbaycan ixracının strukturunda əsasən neft üstünlük təşkil edir. Bu səbəbdən neft ixracının genişləndirilməsi dövlətin əsas vəzifələrindən biridir. Hesab edirik ki, İKT sektoru məhz bu cür sahələrdən birinə çevrilə bilər”, - deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, ixracyönümlü məhsulların istehsalı və bununla məşğul olan şirkətlərin dəstəklənməsi RYTN üçün əsas prioritetlərdən biridir.
“Bu istiqamətdə layihələrin reallaşdırılması vergi və gömrük güzəştlərinin tətbiqi ilə dəstəklənə bilər. Bundan başqa, dövlət tərəfindən xüsusi şərtlərlə uzunmüddətli güzəştli kreditlər şəklində maliyyə dəstəyi göstəriləcək”, - deyə Ə.Abbasov qeyd edib.
Nazir məlumat verib ki, hazırda RYTN ixracyönümlü məhsulların buraxılışı üzrə layihələrin reallaşdırılması məqsədilə maliyyə şirkətləri ilə fəal işə başlayıb.
Ə.Abbasov vurğulayıb ki, İKT sahəsində xarici şirkətlərlə birgə layihələrin reallaşdırılması yeni şərtlərlə həyata keçiriləcək.
“Məsələ bundadır ki, dövlət və xarici şirkətlər tərəfindən bu cür layihələrin maliyyələşdirilməsi bərabər nisbətdə (50:50) həyata keçiriləcək. Bir sıra bu cür layihələr və xüsusi biznes mühitinin yaradılması üzərində işə artıq başlanılıb. Burada əsas məqsəd yeni bazarlara çıxışın təşkilidir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, RYTN, həmçinin İKT məhsullarına tətbiq ediləcək yeni azad ticarət modeli üzərində işləyir və maraqlanan tərəflərlə bu məsələyə dair ilkin danışıqlara başlayıb.
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət