ABŞ-ın Nyu-Meksiko və Nyu-York ştatlarının qanunvericiləri Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Qeyd edilən ştatlarda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunub.
Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr ounan tədbir keçirilib. Tədbir senator Riçard Martinez (Richard Martinez), Nümayəndələr Palatasının üzvü Nora Espinoza və “Azərbaycanın Dostları Assambleyası” (AFAZ) tərəfindən birgə təşkil olunub. Tədbirdə Nyu-Meksiko ştatının 25-dən artıq senatoru və Nümayəndələr Palatasının üzvləri, o cümlədən hər iki palatanın rəhbəri - Senat prezidenti Mari K.Papen və Nümayəndələr Palatasının spikeri Don Tripp, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Nyu-York ştatının paytaxtı Albani şəhərində keçirilən tədbirə də ştat parlamentinin hər iki palatasının çoxsaylı üzvləri qatılıb.
Tədbirlər zamanı çıxış edən ABŞ rəsmiləri Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən ağlasığmaz vəhşiliklər və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş etnik təmizləməni qəti şəkildə pisləyərək, bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməli olduqlarını vurğulayıblar.
Onlar, həmçinin Azərbaycanın ABŞ üçün strateji önəmindən danışıb, ABŞ üçün ən kritik zamanlarda belə Azərbaycanın Amerikanın dostu olduğunu sübut etdiyini söyləyiblər. Azərbaycanın beynəlxalq terrorçuluq və nüvə silahının yayılması ilə mübarizə, enerji təhlükəsizliyinin təminatında iştirakının əhəmiyyəti vurğulanıb.
Nyu-York ştatı Assambleyası və Senatı tərəfindən Xocalı qətliamı ilə bağlı qəbul edilmiş proklamasiyalar AFAZ nümayəndələrinə təqdim edilib.
Məlumatda qeyd edilir ki 2013-cü ildə Nyu-Meksiko ştatının həm Senatı, həm də Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamələr qəbul olunub.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət