Rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq qısametrajlı film festivalının baş mükafatına layiq görülüb. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
“Film festivalın “Müsəlman ölkələri” proqramında qalib olub. Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. “Müsəlman ölkələri” və “Beynəlxalq” proqramında 10, üçüncü “Yerli” proqramda isə 20 film yarışırdı. Fransa, Almaniya, Belarus, Koreya Respublikası və s. ölkələrin yer aldığı “Beynəlxalq” proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu”, - deyə F.Şamiyev bildirib.
“Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib.
“Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan bu ekran əsərinin çəkilişləri Bakı, Şamaxı və Ağsuda aparılıb.
“Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı və dünya üçün çox mühüm mesajdır.
Filmdə Azərbaycan ziyalılarının vətənpərvərlik və qəhrəmanlığı barədə maraqlı kadrlar yer alıb.
Filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev və Rauf Şahsuvarov canlandırıblar.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət