Ukrayna böhranı Rusiya ilə Qərb arasında genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq. “İnterfaks-Azərbaycan” agentliyinin Estoniyada ezamiyyətdə olan müxbirinin verdiyi xəbərə görə, Estoniyanın müdafiə naziri Sven Mikser belə hesab edir.
“Mən hazırda vəziyyətin belə nəticə verəcəyini düşünmürəm. Rusiya iqtisadiyyatı mürəkkəb vəziyyətdədir, artıq resessiya prosesi başlayıb. Yanvar ayına olan məlumatlara əsasən, iqtisadiyyatda azalma müşahidə olunub və bu il üçün proqnozlar nikbin deyil”, - deyə S.Mikser azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, “belə ehtimal var ki, rubl bu ilin sonuna qədər öz mövqeyini tamamilə itirəcək, buna görə mən Rusiyanın Qərblə daha geniş münaqişəyə gücü çatacağını hesab etmirəm”.
Eyni zamanda, o, Estoniya sərhədində Rusiya Silahlı Qüvvələrinin daha təcavüzkar fəaliyyət nümayiş etdirməyə başladığını söyləyib.
“Son ildə biz hava məkanımızda az sayda pozuntular qeydə almışıq. Lakin biz tez-tez hava məkanımızın sərhədi yaxınlığında uçuşlar qeydə alırıq. Təbii ki, biz rusların daha təcavüzkar və təxribatçı fəaliyyətini müşahidə edirik. Və biz strateji bombardmançı təyyarələrin uçuşlarının aktivləşdiyini görürük. Və belə uçuşlar həm Baltikyanı ölkələr, həm də Böyük Britaniya sərhədləri yaxınlığında qeydə alınır. Biz, həmçinin Baltik dənzində də fəallıq müşahidə edirik. Beləliklə, Rusiya Federasiyası ümumilikdə daha təcavüzkar fəaliyyətə başlayıb”, - deyə S.Mikser qeyd edib.
Bununla yanaşı, o, Rusiyanın Baltik ölkələrinə və xüsusən Estoniyaya qarşı Ukrayna ssenarisini tətbiq edəcəyinə inanmadığını söyləyib.
“Ukrayna ilə Estoniya arasında böyük fərq var. Birincisi, Estoniya NATO-nun üzvüdür və müvafiq olaraq təşkilatın Nizamnaməsinin kollektiv təhlükəsizlik haqqında müddəası bizə də şamil edilir. Putin başa düşür ki, Estoniyaya təcavüz etsə, bütün Şimali Atlantika Alyansı ilə toqquşacaq. İkincisi, iqtisadi və hərbi qüvvələrdəki vəziyyətə görə Ukrayna tamamilə başqa vəziyyətdə idi. Böhran başlayana qədər Rusiya qoşunları artıq rəsmi şəkildə Krıma girmişdilər. Hadisələrin belə inkişafı bu qoşunların münaqişənin ilk mərhələsində istifadə edilməsinə imkan verir”, - deyə S.Mikser əlavə edib.
O qeyd edib ki, "biz vəziyyəti diqqətlə izləyəcəyik, lakin mən inanmıram ki, Estoniyada Ukrayna ssenarisi təkrarlansın”.
“Bizim fikrimizcə, Ukraynada açıq təcavüz baş verir - Krımın ilhaqı və beynəlxalq hüququn tam şəkildə pozulması. Rusiya bu təcavüzü dəstəkləyir, separatçıları maliyyələşdirir və silahla təmin edir. Üstəlik, Ukraynanın şərqində də Rusiyanın nizami qoşunları yerləşib. Bu vəziyyətin müharibə və ya başqa cür adlandırılması o qədər də vacib deyil. Ukrayna hakimiyyəti bunu müharibə adlandırır. Rusiyanın qonşu suveren dövlətə qarşı təcavüzü açıq-aydın görünür”,- deyə nazir bildirib.
S.Mikser söyləyib ki, Avropa İttifaqı və Avropa ölkələrinin milli hökumətləri arasında konsensusa əsasən, Ukraynanı kollaps vəziyyətdən xilas etmək üçün ona kömək edilməlidir.
“Hesab edirəm ki, sanksiyalar Putin rejiminə mənfi təsir göstərir. Həmçinin neftin qiymətlərinin aşağı düşməsi də təsirsiz ötüşmür. Lakin Putin hələ də inanır ki, o, böhrandan çıxa biləcək və Rusiya özü kollapsa uğrayana qədər Ukraynanı bu vəziyyətə sala biləcək. Buna görə də biz Ukraynanın kollapsa uğramaması üçün ona kömək etməliyik”,- deyə o qeyd edib.
F. İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət