IBM-in ofisinin Azərbaycanda açılması və fəaliyyət göstərməsi ölkənin İKT sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə milli strategiyanın keçirilməsinə yardımçı olacaq. Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə cümə axşamı İBM Korporasiyasının Bakıda ofisinin açılmasına həsr olunan mətbuat konfransında bəyan edib.
“İBM şirkəti 100 ildən çoxdur İKT sahəsində fəaliyyət göstərir və Cənubi Qafqazda məhz Azərbaycanda ilk ofisin açılması bizim üçün əlamətdar hadisədir. İBM-in malik olduğu təcrübəni nəzərə alaraq, düşünürəm ki, şirkət ölkənin İKT sektorunun inkişafına töhfə verəcək”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, respublikada formalaşan biznes mühit, mövcud kadr potensialı və siyasi dəstək İBM ilə uğurlu əməkdaşlıq üçün şərait yaradır. “Düşünürəm ki, şirkət həm elektron hökumətin formalaşması, həm də ölkədə data mərkəzlərin fəaliyyətinin təşkilinə töhfə verəcək”, - deyə E.Vəlizadə qeyd edib.
IBM-in inkişaf etməkdə olan ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, bu regionda fəaliyyətin genişlənməsi şirkətin bütün dünyada inkişaf edən bazarlarda qabaqcıl həll və xidmətlərin təklif edilməsi ilə mövqelərinin möhkəmləndirilməsi təşəbbüsünə uyğun həyata keçirilir.
Ofis müştərilərə bulud texnologiyaları, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
IBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov, öz növbəsində qeyd edib ki, karbohidrogen ehtiyatlarının hasilatının artımına yönələn həllər təklif etməyə hazırdır. “Bundan başqa, neftin qiymətinin ucuzlaşması və milli valyutanın devalvasiyası xərclərin optimallaşmasını tələb edir və İBM bu məsələnin həllində öz qərarlarını təklif etməyə hazırdır”, - deyə o vurğulayıb.
İ.Kravtsov qeyd edib ki, İBM üçün Azərbaycanda dövlət sektoru, bank sektoru ilə əməkdaşlıq və həllərin təşviqi prioritet təşkil edir.
N.Abbasova
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət