SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) bu günlərdə “Ümid” yatağında qazma əməliyyatlarını bərpa etməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“Biz quyunun təməli qoyulacağı sahədə ehtiyatların qiymətləndirilməsi məqsədilə “Ümid” yatağında mövcud platformadan maili quyunun qazılmasını planlaşdırırıq. Əgər qazma işlərinin nəticələri uğurlu olarsa, o zaman burada yeni hasilat platformasının quraşdırılması barədə qərar qəbul ediləcək”, - deyə o qeyd edib.
X.Yusifzadənin sözlərinə görə, yeni quyunun qazılması “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün xarici tərəfdaş seçimi üzrə tender proseduru ilə paralel həyata keçiriləcək.
“Ümid” yatağında əməliyyatlarmıza sərf edəcəyimiz xərclər yeni tərəfdaşla müqavilənin imzalanması zamanı nəzərə alınacaq”, - deyə o qeyd edib.
Daha əvvəl X.Yusifzadəyə istinadən məlumat verilmişdi ki, ARDNŞ “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin yazında tender elan edib. Bununla əlaqədar şirkət “Ümid” yatağında yeni quyuların qazılmasını dayandırıb və yeni hasilat platformasının tikintisi ilə bağlı planları təxirə salıb.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
Azərbaycanın qaza olan tələbatının təmin edilməsi baxımından, eləcə də Trans-Anadolu qaz kəməri (TANAP) ilə ixrac ediləcək qaz mənbələrindən biri olaraq “Ümid” yatağı SOCAR-ın diqqət mərkəzindədir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət