Bazar günü İsveçrənin Lozanna şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin növbəti görüşü başlayıb. Bu barədə İranın İRNA informasiya agentliyi məlumat verib.
Görüşdə iranlı nazirin müavinləri Abbas Arakçi və Məcid Taxt Rəvaçi də iştirak edirlər.
C.Kerrini ABŞ-ın energetika naziri Ernest Moniz və dövlət katibinin müavini Uendi Şerman müşayiət edirlər.
Bundan əvvəl C.Kerri Lozannda M.C.Zəriflə iki dəfə də görüşüb, həmçinin Fransa və Almaniyanın xarici işlər nazirləri Loran Fabius və Frank-Valter Ştaynmayerlə üçtərəfli formatda danışıqlar aparıb.
İran XİN başçısı bazar günü çinli həmkarı Van İ və rusiyalı nazir Sergey Lavrovla da görüşməlidir.
Bütün görüşlər Tehran və beynəlxalq vasitəçilərdən ibarət “altılıq” arasında İranın nüvə proqramına dair danışıqlar çərçivəsində keçirilir.
Rəisi İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir
“STAR” NEZ I rübdə neft alışını 10% artırıb
Azərbaycan I rübdə Türkiyəyə qaz ixracını 14% artırıb
ARDNF-in 2023-cü il büdcəsinin profisiti 4,5 milyard manat məbləğində qiymətləndirilir
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək