Fələstinin Bakıdakı səfirliyi “erməni soyqırımı”na həsr olunmuş Fələstin poçt markasının buraxılması barədə məlumatı təkzib edir. Bu barədə Fələstinin Bakıdakı səfirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
“Marka həqiqi deyil və Fələstinin belə bir formada rəsmi poçt möhürü yoxdur”,- deyə bəyanatda bildirilir.
Səfirlik bütün obyektivliyi ilə ilk əvvəl bütün rəsmi Fələstin poçt markaları ilə maraqlananları Fələstin poçt qurumunun saytına daxil olmağa və qurumun buraxdığı poçt forma və nümunələrinin necə olduğunu öyrənməyə dəvət edir.
“Səfirlik açıq aydın, mübahisəsiz olan bir həqiqəti vurğulamaq istəyir ki, Fələstin Dövləti hökümət və xalq olaraq rəsmi Türkiyə Cumhuriyyəti və xalqı ilə çox güclü və xüsusi əlaqələrə malikdir və onun tərəfindən Türkiyə və Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaran belə bir mövqenin sərgilənməsi mümkün deyil. Xüsusilə bu, Fələstinin siyasi mövqeyi ilə heç bir uyğunluq təşkil etmir”,- deyə bəyanatda vurğulanır.
“Öz işində məsuliyyətli olan mətbuat nümayəndələrindən belə məsələlərdə tələsməməyi, “facebook”dakı istənilən bir şəxsin photoshop vasitəsilə bunu edə biləcəyinin mümkünlüyünü nəzərə alsaq, xəbər mənbəyi kim “facebook”a istinad etməməyi, məntiqə söykənmələrini, məlumat və xəbəri məsuliyyətli və rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik. Bu kimi məsələlər pis məqsədli insanların dost və qardaşlar arasında fitnə-fəsad yaratmasına fürsət verməməli və onlar da doğru, etibarlı mənbədən məlumat yaymalıdırlar”,- deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, KİV-lərdə “erməni soyqırımı”na həsr olunmuş Fələstin poçt markasının çıxmasına dair xəbər yayılmışdı.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət