“İnterfaks-Azərbaycan” agentliyinin Əfqanıstanın sabiq prezidenti Həmid Kərzay ilə müsahibəsi
- Azərbaycan Əfqanıstanda sülhməramlı missiyanın fəal iştirakçılarından biridir. Bu prosesdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- İlk növbədə Əfqanıstan üçün etdiklərinə, o cümlədən də sülhməramlı fəaliyyətə verdiyi töhfəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istəyirəm. İkincisi, Azərbaycanın Kabildə səfirliyinin açılmasını istəyirik. Sizə məlum olduğu kimi, artıq üç ildir Azərbaycanda Əfqanıstan səfirliyi fəaliyyət göstərir. Birbaşa əlaqələrin dəstəklənməsi ikitərəfli münasibətlərin səmərəli inkişafına imkan verir. Biz bunu istəyirik və bu istiqamətdə çalışacağıq.
- Azərbaycanla əməkdaşlığın hansı sahələri Əfqanıstan üçün prioritet təşkil edir?
- Bildiyiniz kimi, ölkələrimiz arasında mədəniyyət, tarix, din və konfessional mənsubiyyət nöqteyi-nəzərindən ümumi cəhətlər çoxdur. Bununla yanaşı, bu gün müasirliyin dövlətlərimizi birləşdirən yeni çağırışları mövcuddur. Bu çağırışlara cavab vermək üçün əlaqələrini daha inkişaf etdirməliyik. Xüsusilə bu gün regional və beynəlxalq məsələlərə dair birgə qərarların qəbulu mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, biz Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıyıq. Bir daha təkrar edim ki, bunun üçün Kabildə Azərbaycanın səfirliyi açılmalıdır. Bu, münasibətlərin genişlənməsinə imkan yaradır.
- Sizin prezident olduğunuz dövrdə Azərbaycanın Əfqanıstana, xüsusilə qaz yataqlarına sərmayə yatırmaq məsələsi ikitərəfli münasibətlərin gündəmində olub. Həmin məsələlər hansı mərhələdədir?
- Əfqanıstan Azərbaycandan sərmayə qoyuluşlarını alqışlayır. Xoş gəlmisiniz! Mümkün qədər tez gəlin!
- “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Əfqanıstanın hazırkı prezidentinin MDB ölkələriüzrə səlahiyyətli nümayəndəsi Şakir Kargər qeyd edib ki, ölkəniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində iştirakda maraqlıdır. Bu layihə Əfqanıstan üçün hansı perspektivlər açacaq?
- Bu, artıq müəyyən vaxtdır ki, üzərində düşündüyümüz nəqliyyat layihəsidir. Bu layihə Əfqanıstanı artıq bizdə olan marşrutlara əlavə kimi çox yaxşı alternativlə təmin edəcək. Onlardan biri Pakistan, digəri İran, elcə də Özbəkistan və Tacikistandan keçir. Bu marşrut isə Türkmənistan, Azərbaycan və Gürcüstandan keçəcək və bununla da bizim Avropa ilə daha asan əlaqə yaratmağımızı təmin edəcək. Biz bu layihəni çox qiymətləndiririk. Onun tezliklə reallaşacağına və bizim üçün səmərəli olacağına ümid edirik.
Coğrafiya və mədəniyyət nöqteyi-nəzərindən biz Azərbaycanla demək olar ki, qonşuyuq. Qeyd etdiyim kimi, bizim tariximiz oxşardır. Bununla yanaşı, ticarət və biznesdə, həmçinin bu regionu daha güclü etməklə bağlı ümumi maraqları bölüşürük. Bizim üçün əməkdaşlığı inkişaf etdirmək, xüsusilə regional və beynəlxalq məsələlərə dair birgə addımlar atmaq çox vacibdir. Azərbaycan Şərq ilə Qərb arasında dialoqun aparılması üçün əlverişli yerdədir və biz bunu alqışlayırıq.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət