“Azərsu” Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Bu barədə ASC-nin məlumatında deyilir.
İşlər İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Azərbaycanın 6 - Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux, Qazax rayonlarında “Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir.
Daşkəsən şəhəri, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib.
Layihə çərçivəsində su mənbələrindən Daşkəsən şəhərinə20 km uzunluğunda magistral kəmərin çəkilməsi, ümumi tutumu 4,5 min kubmetr olan 4 ədəd su anbarının tikintisi, 3 ədəd nasos stansiyasının quraşdırılması, 18,3 km uzunluğunda paylayıcı su şəbəkənin yaradılması planlaşdırılır.
Bundan başqa, layihə çərçivsində sutkalıq məhsuldarlığı 3500 kubmetr çirkab sutəmizləyici qurğu tikiləcək.
“Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasınahesablanıb. Bu layihə çərçivəsindəgələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaq”, - deyə məlumatda vurğulanır.
Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-60-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 11 min sakinindən 4,77 min nəfərinə və ya təqribən 43%-nə xidmət göstərir. Şəhər əhalisinə su 1-2 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir.Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi mövcud deyil.
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət