Çinin Bakıdakı səfirliyində Pekinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini guya tanımaq niyyətində olmasına dair xəbəri yalan məlumat adlandırıblar.
“Bu yalandır. Çinin mövqeyi aydın və ardıcıldır. Bu mövqe dəyişməyib və dəyişməyəcək. Çin tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təşəbbüs irəli sürülməyib”, - deyə Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər
vəkili Tszyao Xuay Sin “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Rusiyanın «Life news» informasiya agentliyinin Pekinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına dair qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etməsi və Çin Xalq Respublikasının baş nazirinin bu barədə «Twitter»dəki səhifəsində yazmasına dair məlumatı şərh edən diplomat vurğulayıb ki, “Çin rəhbərləri «Twitter» sosial şəbəkəsindən istifadə etmirlər”.
«Life news» informasiya agentliyinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının baş naziri «Twitter»dəki səhifəsində yazıb ki, “əgər ABŞ, Fransa və Rusiya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair Çinin qətnaməsini dəstəkləyərsə, o zaman Qarabağ müstəqil ölkəyə çevrilərək BMT-yə daxil olacaq”.
F.İsazadə
Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini əsas prioritet adlandırıb
Azərbaycan və Belarus şirkətləri $55 milyonluq müqavilələr imzalayıblar
Azərbaycan Litva şirkətlərini Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa dəvət edib
Azərbaycanda mayın əvvəlindən bəri ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb
I rübdə Azərbaycanda bağlanmış nikahların sayı 41% artıb, boşanmaların sayı 2% azalıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək