Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin respublikada dini tolerantlığın dəstəklənməsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin rolunu qeyd edir.
“Sizin əməyinizin nəticələri ilk öncə Azərbaycanda özünü göstərir, burada unikal dini tolerantlıq mühiti formalaşıb. Bilin ki, Rusiya stabil və çiçəklənən Azərbaycanın mövcud olmasında maraqlıdır”, - deyə V.Doroxin QMİ sədri ilə görüşdə bildirib.
A.Paşazadənin artıq uzun illərdir QMİ sədri olduğunu qeyd edən diplomat xatırladıb ki, bu struktur hələ Rusiya imperiyası dövründə yaradılıb, SSRİ hakimiyyəti onu əvvəlcə ləğv edib, daha sonra isə yenidən bərpa edib.
“Bu gün zamanın ona (QMİ - İF-Az) tələbatı var. Biz hamımız bu qurumun rəhbəri kimi öz borcunuzu necə yerinə yetirdiyinizin təsiri altındayıq. Nüfuz və şöhrət naminə deyil, Qafqazda dinlərarası sülh naminə. Sizin bu işə töhfəniz gözə çarpacaq dərəcədədir və realdır. Bizdə Rusiyada deyildiyi kimi, bu, çox şeyi əvəz edir”, - deyə səfir bəyan edib.
O, həmçinin Azərbaycanda müsəlmanlar və pravoslav xristianların qarşılıqlı münasibətlərinə və A.Paşazadənin şəxsi töhfəsi məsələsinə toxunub. “Bir zamanlar patriarx Aleksi Rus Pravoslav Kilsəsinin müsəlmanlarla münasibətlərinin qardaş katoliklərlə münasibətlərdən daha yaxşı formalaşması fenomeni barədə danışıb. Rus Pravoslav Kilsəsi və sizin rəhbərlik etdiyiniz QMİ arasında yaxşı münasibətlər formalaşıb, onlar bir çoxları üçün nümunə ola bilər”, - deyə V.Doroxin vurğulayıb.
O, beynəlxalq dialoqun inkişafı üçün A.Paşazadənin səylərini və MDB dini liderlərinin Dinlərarası Şurasının yaradılmasına töhfəsini, beynəlxalq dini və ictimai həyatda iştirakını qeyd edib.
“Müasir dünya böyük təhlükə ilə üzləşib. Nüfuzlu və pozucu qüvvələr geosiyasi məqsədlərə nail olmaq üçün aparıcı dinləri bir-birinə qarşı qoymağa cəhd edirlər. Qondarma “İslam dövləti” isə məkrli gücə çevrilib”, - deyə səfir bildirib.
“Biz diplomatlar diplomatik cəhbədə fəaliyyət göstərdiyimizi qeyd etməyi xoşlayırıq. Lakin bu, sadəcə sözdə belədir, çünki bu cəbhədə heç kəs həlak olmur, hətta heç kəsi yaralamırlar. Hazırda yaranan cəbhə və dinlərarası münaqişələr isə həqiqətən qanlı xarakterə çevriliblər. Və siz əsl İslamın mövqelərinin, dinlərarası qarşılıqlı anlaşmanın tərəfdarı qismində çıxış edərək ön cəbhədəsiniz”, - deyə V.Doroxin vurğulayıb.
Öz növbəsində, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bəyan edib ki, “şeyxin xidmətləri sadəcə bu regionda danılmaz deyil”.
“Əminliklə demək olar ki, A.Paşazadən bütün həyatını yüksək ideallara və dünyada sülhə həsr edən tanınmış şəxsdir”, - deyə səfir bildirib.
O, A.Paşazadənin Belarus və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində rolunu vurğulayıb. Səfir şeyxin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü və mitropolit Filaret ilə əməkdaşlığını xatırladıb.
“Hörmətli şeyx, biz Azərbaycanda olduğumuz müddətdə burada hiss etdiymiz kömək və dəstəyə görə sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Təsadüfi deyil ki, Aleksandr Lukaşenko sizi Fransisk Skorina Ordeni ilə təltif edib. Həmin ordeni sizə təqdim etmək şərəfinə nail olmuşam. Sizi Rusiya Federasiyasının yüksək mükafatı ilə təltif edilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy bundan sonra da fəaliyyətiniz ölkələrimiz və xalqlarımız arasında mehriban və işıqlı dostluq ideallarına və suveren Azərbaycanın rifahına xidmət etsin”, - deyə N.Patskeçiv vurğulayıb.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət