İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) İdarə Heyəti Avropa Parlamentinin bir sıra deputatlarının cümə günü Birinci Avropa Oyunlarının strat götürdüyü Bakı barəsində tənqidi çıxışılarını pisləyib.
“İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intriqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir”, - deyə təşkilatın qəbul etdiyi müraciətdə deyilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Assosiasiya Avropa Parlamentini idman yarışlarını siyasiləşdirmək cəhdlərindən əl çəkməyə çağırıb.
“Ermənistanla müharibə şəraitində olmasına, 20%-dən artıq ərazisinin işğal olunmasına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarına erməni idmançıları da dəvət edib, çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdır”, - deyə müraciətdə qeyd olunur.
Müəlliflər vurğulayıblar ki, hazırda I Avropa Oyunları idmanı həyat hesab edən hər kəsin dilindədir.
“Onlarla ölkədən olan minlərlə idmançı öz çıxışlarına qalan dəqiqələri sayırlar. Onlar fasiləsiz məşq edirlər, gecə və gündüz gələcək uğurları barədə düşünürlər, nə isə alınmadığı təqdirdə qabaqcadan həyəcan keçirirlər, bütün ümidlərini arzularının, planların həyata keçəcəyi, səylərinin özünü doğruldacağı o yeganə və təkrarolunmaz ana yönəldirlər. Qonaqpərvər Azərbaycan isə çoxsaylı qonaqları qəbul etməyə hazırlaşır”, - deyə “Azİz”in müraciətində vurğulanır.
“I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün külli miqdarda vəasit yatırılıb. “Eurovision-2012” mahnı müsabiqəsindən də xatırladığımız kimi, Azərbaycan bunu etməyi bacarır. Ölkə xalqlar arasında dostluğu möhkəmləndirmək, gəncləri birləşdirmək, mehriban qonşuluq siyasətini inkişaf etdirmək, nəhayət, SSRİ-nin dağılmasından sonra dünyanın müstəqillik qazanmış ən gözəl ölkələrindən birinin tanıtmaq üçün beynəlxalq idman yarışları və mahnı müsabiqələrinin təşkilindən daha zərərsiz və ədalətli nə edə bilər? Biz israillilərə bu, heç kəsə məlum olmadığı dərəcədə aydındır. İsrail qurulduğu gündən etibarən və uzun illər ərzində daim əksər ölkələrin və bir çox beynəlxalq təşkilatın kəskin tənqidi altındadır. İsrail bu illər ərzində onun zorla boynuna qoyulduğu bütün müharibələrdən şərəflə çıxıb, səhra və bataqlığı çiçəklənən evə və bağa çevirib, sürətli iqtisadi irəliləyiş isə ölkəmizi elə yüksək səviyyəyə qaldırıb ki, bir çox qabaqcıl zəngin ölkələr buna həsəd apara bilər. Və həsəd aparırlar da”, - deyə müraciətdə qeyd olunur.
“Azİz”in nümayəndələri vurğulayıblar ki, gənc Azərbaycan Respublikasına əngəl törədənləri paxıllıq hissi idarə edir.
“Çünki tükənməz sərvətləri, qeyri-adi iqtisadi imkanları, müharibə şəraitində olduğu halda bu ölkənin daim irəliləməsi, öz regionunda siyasi və iqtisadi liderlikdə özünü daha da təsdiq etməsi faktı ilə barışmaq çətindir”, - deyə Avropa Parlamentinə ünvanlanan müraciətdə deyilir.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət