Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə regionda elektron elmin inkişafına öz töhfəsini verir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Şərq Tərəfdaşlığı ölkələrində elm sahəsində əməkdaşlığın inkişafı üçün yüksəksürətli internet şəbəkəsi yaradılır. Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsini maliyyələşdirir
ŞT ölkələrinin əlaqələrinin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzalayıb. Layihənin tərəfdaşlarından biri olan Azərbaycanı AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) təmsil edir. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev də iştirak edib.
Layihənin əsas məqsədi ŞT-yə üzv ölkələr arasında elm və təhsil sahələrində yüksəksürətli regional internet şəbəkəsinin yaradılmasıdır. Şəbəkə ŞT ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrini (METŞ) birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya edəcək.
Regionun 700-dən çox müəssisəsindən 2 milyon tədqiqatçı, alim və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxış və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. Bundan əlavə, “EaPConnect” layihəsi tələbə və tədqiqatçılar üçün Eduroam imkanlarını daha da genişləndirəcək.
“EaPConnect” layihəsi Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün hazırlanıb. Layihə 6 ŞT ölkəsinin milli elm və təhsil şəbəkələrini birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya etdirmək məqsədi daşıyır. “EaPConnect” layihəsinin ümumi məqsədi rəqəmsal fərqin azaldılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmaqdır.
“EaPConnect” layihəsinin 5 il davam etməsi və 6 tərəfdaş ölkədə mövcud olan METŞ-ləri ilə birgə GEANT şəbəkə təşkilatı tərəfindən idarə olunması nəzərdə tutulur. Layihə xərclərinin 95 %-ni Avropa Komissiyası təmin edir. Digər 5 faizi isə ŞT ölkələri tərəfindən qarşılanacaq.
AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosasiyası ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olub. Hazırda AzScienceNet elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri AMEA-nın elmi müəssisə və təşkilatlarının bütün əməkdaşlarına təqdim edilir.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət