Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, tenderdə bu sığorta növləri üzrə xidmət göstərmək üçün lisenziyası olan sığorta şirkətləri iştirak edə bilərlər.
Bundan başqa, tender iştirakçıları son il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, 2014-cü il və 2015-ci ilin I rübü üçün maliyyə hesabatını təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə iştirak edən sığorta şirkətləri ən azı 5 mln. manat məbləğində kapitala malik olmalıdırlar.
Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif edilmiş paket üzrə sığorta şərtləri, franşizanın həcmi, təkrarsığorta şirkətlərinin reytinqi.
Tender üzrə təkliflər avqustun 6-na qədər qəbul ediləcək, avqustun 7-də isə qiymətləndiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2015-ci il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası üzrə xidmətlər 2016-cı il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.
Xəbər verildiyi kimi, hazırda AMB-yə əsas vəsaitlərin sığortalanması üzrə “AzSığorta”, nağd pulların sığortalanması üzrə “PAŞA Sığorta”, avtomobillərin sığortalanması üzrə “Azərbaycan Sənaye Sığorta” şirkətləri xidmət göstərir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət