Suallara “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü, Azərbaycan Mədənyyət Mərkəzinin direktoru Yeganə Salman cavab verir
- Birinci Avropa Oyunlarının Qərb mətbuatı üçün Azərbaycana yeni hücumlara xidmət etməsi faktını nə ilə əlaqələndirirsiniz?
- Düşünürəm ki, burada bir neçə səbəb qeyd etmək mümkündür. Onlardan biri bədnam erməni təbliğatıdır. Bayağı səslənsə də, bu halda çoxillik erməni təbliğatı az əhəmiyyət kəsb etmir. Mənim Uinston Çörçilin bir ifadəsi xoşuma gəlir: “Həqiqət paltarını geyinənə qədər yalan
dünyanın yarısını dolanır”. Bu ifadə üzdəniraq qonşularımıza görə düşdüyümüz vəziyyəti dəqiq xarakterizə edir.
Avropada Azərbaycana hücumlar mövzusunu həm də ona görə böyük şövqlə dəstəkləyiblər ki, tarixdə ilk Avropa Oyunlarının müəslman ölkəsində keçirilməsi ideyası çətin ki, həmin ölkələrin hansındasa rəğbət oyadıb. Həm də onları daha çox qıcıqlandıran fakt ondan ibarətdir ki, müddətin qısa olmasına və bədbin proqnozlara baxmayaraq, Azərbaycan qarşıya qoyulan vəzifənin öhdəsindən gəlir.
Həm də məşhur “çörək qazanmaq” da burada müəyyən rol oynayıb. Axı Avropa deputatları kiminlə mübarizə apardıqlarını, kimi pislədiklərini və ya müdafiə etdiklərini nümayiş etdirməlidirlər, onların xidməti bundan ibarətdir. Azərbaycan bir dəfə “qara piar axını”na düşüb və indi hər şeydə, hətta ən müsbət məsələdə belə mənfi nə isə axtaracaqlar ki, səbəbkarı olduqları bütün böhtanları sübut etsinlər. Və düşünürəm ki, bu halda son zamanlar Azərbaycanın Rusiya ilə aşkar yaxınlaşması müəyyən rol oynayır. Bu isə Azərbaycanın Amerika və Avropadan uzaqlaşmasını nəzərdə tutur.
- Yeri gəlmişkən, bəzən İsrail mətbuatında da bu cür tənqidi məqalələrə rast gəlmək mümkündür. Ümumilikdə bu cür nəşrlər İsrail ictimaiyyətinin Avropa Oyunlarına və Azərbaycana olan ümumi mövqeyini nə dərəcədə əks etdirir?
- İsraildə həyat o qədər dinamik və müxtəlifdir ki, mətbuatda əsasən isti faktlar yer alır, çünki qalan digər məlumatlar sadəcə olaraq maraqlı deyil. Burada oxucuları heç nə ilə təəccübləndirmək mümkün deyil - nə müharibələrlə, nə iqtisadi partlayışla, nə siyasi sensasiyalarla - bütün bunlar bizdə kifayət qədər var. Bu səbəbdən digər ölkələrdən olan məlumatlar sırasına yalnız bizdə az olan və ya heç olmayan hadisələr düşə bilər. İsraillilərin Avropa Oyunları və Azərbaycana mövqeyini əks etdirməyən bu cür nəşrləri yalnız bununla izah etmək olar.
- Səhv etmirəmsə, İsrail Avropa Oyunlarına idman yarışlarında iştirak etdiyi tarix ərzində ilk dəfə idmançılardan ibarət ən böyük nümayəndə heyəti göndərib. İsrail mətbuatında Bakıdakı yarışlar kifayət dərəcədə işıqlandırılırmı?
- 200 nəfərdən artıq üzvü olan komanda - bu, ümumilikdə Birinci Avropa Oyunlarının necə qəbul edilməsinin və xüsusilə də məhz Azərbaycanda keçirilməsinin çox böyük göstəricisidir. Media isə Oyunları diqqətlə izləyir. Özünüz düşünün - 3 telekanal Bakıdan Oyunların fasiləsiz yayımını həyata keçirir, xəbərlərdə daim yarışların nəticələri barədə reportajlar yayımlanır, qəzetlər və internet saytlarında Birinci Avropa Oyunlarının idman nailiyyətləri barədə məlumat verilir. Bununla yanaşı, bütün məlumatlar yarışların ən yüksək səviyyədə hazırlanması və Oyunlara ev sahibliyi edən Bakı şəhərinin gözəlliyinə dair şərhlərlə müşayiət olunur. Düşünürəm ki, İsrail ictimaiyyətinin bu Oyunlara olan müsbət münasibətini nümayiş etdirmək üçün kifayətdir.
- Yəqin sizə məlumdur ki, Britaniyanın “TheGuardian” qəzeti israilli fotoqraf Tomer İfrahın Azərbaycan haqqında fotoreportajına mənfi şərhlər əlavə etməklə və bununla da fotoqrafın işini tam təhrif etməklə həmin materialı bu günlərdə öz səhifəsində dərc edib. Siz bu hadisəni necə şərh edərdiniz?
- İndiki vəziyyətdə bunun təsadüfi olduğuna inanmıram və düşünürəm ki, bu, növbəti dəfə dünya ictimaiyyətinin gözündə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün məqsədyönlü fənddir. Bu cür fakt özünə hörmət edən heç bir nəşrə, xüsusən də mötəbər “TheGuardian” qəzetinə şərəf gətirmir. Bu, ondan xəbər verir ki, onların kommersiya vəziyyəti o qədər pisdir ki, istənilən resursu ləkələyən qəsdən düşünülmüş saxtakarlıq üsulundan istifadəyə əl atmaqdan çəkinmirlər.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət