Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Naxçıvan şəhərində səyyar iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib: “Bu gün Azərbaycan elmi özünün inkişaf mərhələsini yaşayır. Bu inkişafa görə elmimiz ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli liderimizin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq elmin inkişafı sistemli xarakter alıb. Həmin dövrdə elm infrastrukturu müasirləşdirilmiş, yeni elm və tədris müəssisələri yaradılmış, elm adamlarına və alimlərə qayğı artırılmışdı”.
Onun sözlərinə görə, H.Əliyevin elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təsis edilməsidir.
“Bu müdrik qərardan sonra muxtar respublikada elmi-tədqiqat işləri gücləndirilib, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılıb”,- deyə V.Talıbov bildirib.
“Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”,- deyə o əlavə edib.
Ali Məclisin sədri AMEA Rəyasət Heyətinin Naxçıvanda keçirilən iclasının Naxçıvanın zəngin təbii sərvətlərinin öyrənilməsi sahəsində yeni istiqamətlər açacağına, alim və tədqiqatçılarımızın əməyi nəticəsində muxtar respublikanın elmi potensialının daha da artacağına əminliyini bildirib, iclas iştirakçılarına bu işdə uğurlar, elmi tədqiqatlarda səmərəlilik arzulayıb.
İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşib, bu qədim diyar tarixən Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olub, burada görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri yetişib.
Onun sözlərinə görə, uğurla həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf xətti Naxçıvanı əsl inkişaf və tərəqqiyə qovuşdurub. Son illər akademiyanın Naxçıvan bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülüb. Qeyd olunub ki, Milli Elmlər Akademiyasında ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatlar aparılır. Son illər idarəetmə və təşkilati sistem əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevə arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri fərman təqdim edilib.
Tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”,“Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsi” mövzularında məruzələr dinlənilib.
AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərə dair qərar qəbul olunub.
Q.Hüseynova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət