Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın məşhur opera müğənnisi Lyubov Kazarnovskayanın Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar arzuolunmaz şəxslərin “qara siyahısı”na salınmasını tamamilə əsaslı hesab etdiyini bildirib.
“Lyubov Kazarnovskaya bu səfəri həyata keçirməklə Azərbaycan tərəfindən “qara siyahı”ya salınması məsələsinə görə birbaşa özü məsuliyyət daşıyır”, - deyə P.Bülbüloğlunun çərşənbə günü yayılmış bəyanatında bildirilir.
O xatırladıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici dövlətlərin Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər regionlarına getmək istəyən bütün vətəndaşlarına dəfələrlə məlumat verib ki, işğal davam etdiyinə görə beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış göstərilən ərazilərə respublikanın qanuni hökumətinin razılığı olmadan edilən hər bir səfər Azərbaycanın ərazi bütövlüyünün tanınmaması, milli qanunvericiliyin, beynəlxalq hüququn əsas norma və prinsiplərinin pozulması aktıdır.
“Azərbaycan tərəfi dəfələrlə bildirib ki, işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş şəxslərin Azərbaycan Respublikasına gəlməsi qadağan ediləcək. Zənnimcə, Rusiya Federasiyasının vətəndaşı olan xanım Kazarnovskaya Rusiya Xarici İşlər Nazirliyinin konsul informasiyası portalında yerləşdirilmiş və belə səfərlərdən çəkindirən xəbərdarlığa diqqətlə yanaşmalı idi.
Aydındır ki, yaradıcı peşələrin nümayəndələri özlərinin fəaliyyətinə görə maddi mükafat alırlar. Görünür, xanım Kazarnovskayanın bu səfərdə müəyyən şəxsi stimulları olub.
Lakin bu fakt universal xarakter daşıyan və istər sıravi sakin, istərsə də jurnalist, həkim, pedaqoq, idmançı, səhnə, yaxud televiziya adamı olsun, hamı tərəfindən icrası məcburi olan qanunu pozduğuna görə onu məsuliyyətdən azad edə bilməz”, - deyə o vurğulayıb.
“Lyubov Kazarnovskayanın yaradıcılığına böyük hörmətlə yanaşaraq xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və sonra KİV-lər üçün bəyanatlar verməsi faktı ilə o, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silahlı təcavüz, kütləvi etnik təmizləmələr, dinc əhalinin qətlə yetirilməsi, Azərbaycanın çox zəngin mədəni irsinin, o cümlədən Qarabağın musiqi irsinin məhv edilməsi yolu ilə yaradılmış qeyri-qanuni rejimin vəkili kimi çıxış edib. Bu da aydındır ki, öz bəyanatları ilə o, istər-istəməz Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin qeyri-qanuni təbliğinə xidmət edib. O, bəyanatlarında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin silahlı münaqişə zonası olduğunu xatırlatmayıb: demək olar ki, hər gün intensiv atışmalar gedir, snayperlərdən atəş açılır, minalar partladılır, insanlar tələf olur. Bütün bu faktorlar belə ciddi riskli zonaya gediş-gəlişin təbliğinin yolverilməz olduğunu şərtləndirir, onlara məhəl qoyulmaması isə Lyubov Kazarnovskayanın fikrinə etibar edən geniş auditoriyanın açıq-aşkar qaçılmaz təhlükəyə məruz qoyulması deməkdir”, - deyə səfir bildirib.
Sonda P.Bülbüloğlu Rusiya vətəndaşlarını həm hüquqi, həm də yuxarıda göstərilənləri nəzərə alaraq faciəli nəticələr verə biləcək belə səhvləri təkrar etməkdən çəkinməyə çağırıb.
Y.Əliyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət