Azərbaycanda “Reklam haqqında” qanun yeni redaktədə qüvvəyə minib.
Prezident İlham Əliyevin imzaladığı qanunun mətni rəsmi mətbuatda dərc olunub. Bununla əlaqədar 1997-ci ildən etibarən qüvvədə olan “Reklam haqqında” qanun qüvvəsini itirib.
Qanunun yeni redaktəsində reklama müəlliflik hüququ, haqsız reklam, qeyri-dəqiq reklam, gizli reklam, reklamın təkzib edilməsi, sosial reklam, sponsor reklamı, müxtəlif əmtəələrin reklamının xüsusiyyətləri, reklam sahəsində dövlət nəzarəti və özünütənzimləmə və s. tələblər öz əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 5 ay ərzində reklamın yayılması fəaliyyətinə icazənin verilməsi üçün qaydaları təsdiq etməli, bu qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlamalıdır.
Sənədin müəllifi olan deputat Vahid Əhmədov qeyd edib ki, bu sahədə qanunvericilik 1997-ci ildən qüvvədədir və hazırda reallığa cavab vermir.
“Qanunun yeni redaktəsi sosial məsuliyyət, dövlət dilinin normalarının qorunması və spirtli içkilərin reklamına dair tələblərin sərtləşdirilməsini nəzərdə tutur”, - deyə V.Əhmədov bildirib.
Həmçinin qanunda sosial reklamın yayılması üçün zaman çərçivəsi saat 09:00-dan 00:00-dək, alkoqollu içkilərin reklamı saat 23:00-dan 07:00-dək (minimal tələb 5%) müəyyən edilib.
Qanunda gizli reklam və sponsor reklamı anlayışlarının geniş izahı verilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət