“ İnterfaks-Azərbaycan” agentliyinin suallarına psixologiya elmləri doktoru, “Rusiya- Azərbaycan Dostluq (RAD) mərkəzinin prezidenti Natalya Krasovskaya cavab verir
- Natalya Rudolfovna, RAD mərkəzinin yaradılması ideyası barədə nə deyə bilərsiniz?
-Bu ideya çoxdan var idi və mən şadam ki, məhz mən bu ideyanı həyata keçirə bildim. Mən ilk dəfə Bakıda başqa ölkəyə ezamiyyətə gedərkən təsadüfən olmuşam və bu sehirli şəhərin gözəlliyinə heyran qaldım. Tez -tez deyirlər ki, Azərbaycan paytaxtı qədim və müasir memarlıq ansamblının uğurlu ahəngindən ibarətdir. Bu həqiqətən belədir.Lakin bu sözlər Bakıda sizi ağuşuna alan o atmosferi ifadə edə bilməz. Bakı fantastik dərəcədə gözəl şəhərdir, burda son dərəcə mehriban insanlar yaşayır. Sözsüz ki, burda ölkə prezidenti İlham Əliyevin xidmətləri böyükdür, o paytaxtın abadalşdırılmasına şəxsən nəzarət edir onun xanımı Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanın tarixi irsinin qorunmasına çox böyük töhfələr verir.
Buna görə, bir neçə ay sonra mənə RAD mərkəzi kimi maraqlı və mürəkkəb layihəyə rəhbərlik etmək təklif olunanda mən məmnuniyyətlə razılşadım. Bizim qarşımıza unikal tapşırıq qoyulub: iki xalq arasında möhkəm körpülər yaratmaq , rusiyalılara müasir Azərbaycan və azərbaycanlılara Rusiya barədə danışmaq, siyasətdən uzaq insanlar arasında qeyri-formal ünsiyyət yaratmaq. Bu gün mərkəzin fəaliyyətə başlamasından yarım il sonra mən deyə bilərəm ki, biz nəzərə çarpan uğurlar əldə etmişik. Bizim əla peşəkar komandamız yığılıb, bir çox Rusiya və Azərbaycan ekspertləri ilə , eləcə də idman və şou-biznes ulduzları ilə əlaqələr yaranıb ki, bu da praktikada bizə RAD mərkəzinin elan etdiyi xalq diplomatiyasının prinssiplərini həyata keçirməyə yardım edir.
- RAD mərkəzi RF Dövlət Dumasında Rusiya -Azərbaycan parlamentlərarası dostluq qrupu nəzdində təşkilati struktur qismində yaradılıb. Mərkəzin fəaliyyətini parlamentlərarası qrupun fəaliyyətindən ayıran əsas cəhət hansıdır? Mərkəz tərəfindən hazırlanan layihələr barədə nə deyə bilərsiniz?
- Birinci sualın cavabı sadədir. Parlamentlərarası qrup RF dövlət duması ilə Milli Məclis arasında kommunikasiya qurur. Şübhəsiz ki, hər iki ölkədə qanunverici orqanlar milli maraqları təmsil edir, lakin qarşılıqlı fəaliyyətə gəlincə bu sadəcə rəsmi dialoqdur, baxmayaraq ki, tez- tez bu dialoq qeyri -rəsmi şəraitdə də baş tuta bilir. Nümunə olaraq Qələbə Günü ərəfəsində deputatların Heydər Zirvəsinə birgə qalxmasını və orda Qələbə bayrağının bir nüsxəsini, eləcə də Azərbaycan və Rusiya bayraqlarını sancmalarını qeyd etmək olar. RAD mərkəzi qarşısında sadə vətəndaşlar arasında azad ünsiyyət qurmaq tapşırığı dayanır. Onları ənənələr və mədəniyyət barədə məlumat vermək, bir -biri ilə daha yaxından tanış etmək vəzifəsi durur. Baqa sözlə biz peşəkar siyasətlə məşğul deyilik. Bizim qarşımızda daha vacib məsələ dayanır, RAD mərkəzi ümumi sərhədlərimizin bizi ayırmasına deyil, birləşdirməsinə nail olmaq istəyir.
İkinci suala gəlincə. RAD mərkəzinin ən böyük layihələrindən biri Bakıda keçirilən I Avropa Oyunları zamanı Azərbaycan Prezidentinin mətbuat xidmətinin informasiya dəstəyi , eləcə də RF Dövlət Dumasinin təşkilati dəstəyi ilə keçirilən fotosərgi olub. Fotosərgi eyni zamanda həm Dövlət Dumasında, həmçinin Moskvanın ən görməli yerlərindən olan Kamerger döngəsində, Çexov adına Moskva Bədii Teatrı ilə üzəüz rayonda da nümayiş etdirilib.
Bizim gənclərlə işimiz də ayrıca bir mövzudur. Yay sessiyası ərəfəsində biz Dövlət Dumasında “dəyirmi masa” təşkil etdik ki, bu tədbirdə hər iki ölkənin ekspertləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Müzakirələr xüsusi olaraq açıq şəkildə planlaşdırılmışdı ki, burda Rusiyanın aparıcı ali məktəblərinin - Moskva Beynəlxalq Münasibətlər İnstitutunun, Rusiya Xalq Təsərrüfatı Akademiyası və RF Prezidenti yanında Dövlət Xidməti , Rusiya Dövlət Sosial Universitetinin tələbələri iştirak edə bilsinlər.
Biz Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jrinovskinin tələbələr qarşısında çıxış etməsindən məmnun olduq. O, çışıxışında Azərbaycanın bütün Qafqaza güclü təsirini, Rusiya ilə mehriban qonşuiluq münasibətlərinin saxlanmasında İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti dəfələrlə qeyd etdi.
Əlbəttə, mərkəzin mütəxəssisləri ənənəvi olaraq ölkədə təşkil olunan bütün önəmli gənclik forumlarında iştirak edirlər. Bu günlərdə “Vahid Rusiya” devizi altında keçirilən “Maşuk-2015” forumu öz işini başa çatdırıb. Bizim ekspertlər Azərbaycan nümayəndə heyətinə Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni əks etdirən stendin təqdimatını keçirməyə kömək etdilər. Bu əlbəttə RAD mərkəzinin iştirak etdiyi nə birinci, nə də sonuncu forumdur.
Hazırda biz öz tədbirimizi hazırlayırıq. Bu tədbirdə Azərbaycanın turizm potensialı da əks etdiriləcək. Bu istiqamət təsadüfən seçilməyib. Xatırladım ki, RAD mərkəzi öz qarşısında xalqlar arasında etimadın yüksəlməsi kimi qlobal məsələ qoyub, Bir -birini isə yalnız təcrübələrlə tanımaq mümkündür. Tezliklə biz yeni informasiya portalını təqdim edəcəyik. Portal Azərbaycanın turizm imkanlarına həsr olunacaq. Bu portalın rus dilində Azərbaycanın görməli yerlərinə həsr olunmuş, faydalı məlumatlarla zəngin resurs olması planlaşdırılır.
Rusiyanın yüksək vəzifəli məmurları Azərbaycana gələrkən respublikamızda rus dilinin və mədəniyyətinin yüksək səviyyədə inkişaf etdiyini tez -tez qeyd edirlər. Bu amil iki xalqın yaxınlaşmasında hansı rolu oynayır?
-Postsovet respublikalarından məhz Azərbaycan maksimal həcmdə rus dilini və rus mədəni irsini qoruyub saxlayıb. SSRİ-nin süqutundan sonra Rusiyaya Azərbaycandan çox az sayda rus döndü, onlar özlərinin ikinci vətənlərindən ayrılmaq istəmirdilər, orda onların bu istəyi dəstəklənirdi. Burda istənilən tarixi abidəyə dözümlü münasibət var, məscid, kiolsə və sionaqoqlar eyni dərəcədə qorunur. Rus ədəbiyyatını çox sevirlər. Bu il məktəblərdə bir dəfə Bakıda olmuş və bu şəhəri sevmiş Sergey Yeseninin yubileyinə həsr olunan müsabiqə keçirildi. Ümumiyyətlə, Azərbaycanda müntəzəm olaraq həyata keçirilən multikulturalizm siyasəti öz səmərəsini verir. Bunun nəticəsi olaraq Azərbaycan ruslara qarşı ən yaxşı münasibət göstərən ölkələrdən biridir. Ürəkaçan haldır ki, ən ucqar kəndlərdə belə rus dilini anlayırlar, Bakıda demək olar ki, hər kəs rusca danışır. Əlbəttə, bu xalqların yaxınlaşmasına kömək edir.
Necə hesab edirsiniz, bu gün, Qərb tərəfindəın sanksiyaların sətləşdirildiyi, özü üçün mürəkkəb dövrdə Rusiya Azərbaycana hansı rolu ayırır?
-Ondan başlayaq ki, dünya böhranının yeni dalğası nəinki Rusiya, həm də bütün ölkələrə pis təsir edir. Bu cür ağır vəziyyətdə köhnə sınaqdan keçən dostlar ölkəmiz üçün əlbəttə ki, xeyirdir. Tam əminəm ki, Azərbaycanda bu fikrə sadiqdirlər. Digər məsələ ondan ibarətdir kii, sanksiyalar şəraitində Rusiya hakimiyyəti çoxdan vaxtı çatan ölkənin ərzaq təhlükəsizliyi məsələsinə təkrar baxır. Özünün kənd təsərrüfatına yönəlmə gələcəkdə mühüm dividendlər vəd edir. İndi, ilk növbədə istehsal sektorumuza, məhz kənd təsərrüfatı məhsullarının istehsalçılarına yüksək səviyyədə diqqət ayrılır, bu isə sevindirməyə bilməz. Lakin, birincisi, iqtisadiyyatın bu sahəsinin lazımi vəziyyətə çatdırmaq üçün zaman lazımdır, ikincisi isə, bizim şimal iqlimini unutmaq olmaz. Mövsümə aid meyvə-tərəvəz məhsulları, giləmeyvə, qoz və güllərin idxalı bizim üçün zəruridir. Azərbaycandan idxal həcminin artımı Rusiyaya sərf edir: bizim alıcı, daha bir neçə vasitəçinin köməyi naməlum yerlərdən gətirilən deyil, yaxın qonşumuzdan, ekoloji təmiz mühitdə becərilən təzə məhsul alır.
-Rəhbərlik etdiyiniz Mərkəzin məqsədlərindən biri xalq diplomatiyasının inkişafıdır. Məlum olduğu kimi, Azərbaycanın əsas problemi Ermənistan Dağlıq Qarabağ və ölkənin digər torpaqlarına iddiaları lə bağlı münaqişədir. “RAD” Mərkəzinin Rusiya ictimaiyyətini bu problemin mahiyyəti barədə daha yaxşı məlumatlandırmaq və onun həllinə mümkün yardım etmək imkanları varmı?
-Siz düzgün qeyd etdiniz ki, “RAD” Mərkəzinin maraqlarının sahəsi - məhz xalq diplomatiyasıdır. Dağlıq Qarabağ - məsələnin tezliklə həlli üçün ictimayyətin ən yüksək səviyyədə diqqət tələb etdiyi Yer kürəsi xəritəsində “qaynar nöqtə”lərdən biridir. Bir dəqiqəlik belə unutmaq olmaz ki, ön cəbhədən hesabatların hər misrasının atrxasında konkret ailələrin dağıdılan taleyi durur. Bütün nəsillər bu cür münaqişələri amansızcasına çeynəyərək tüpürürlər! Sözsüz ki, “RAD” Mərkəzi baş verən hadisələr haqqında düzgün məlumatın yayılmasında iştirak etməyə hazırdır. Biz beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə nizamlanmasının tərəfdarıyıq və əminik ki, yaxın zamanda münaqişə diplomatik yolla öz həllini tapacaq.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət