Bu gün Azərbaycanı əsasən müsəlmanların yaşadığı Yaxın Şərqdə sabitlik adası adlandırırlar. Türkiyədəki son hadisələri nəzərə almasaq, sərhədlərimizin yaxınlığında vəziyyət nisbətən sakitdir. Lakin bizi əhatə edən dünyaya diqqətlə baxdıqda əminliklə qeyd etmək olar ki, Şimali Qafqazda sakitliyin bərqərar olması silahlı gizli qüvvələrin liderlərinin məhvi və İslam şüarları altında fəaliyyət göstərən quldur təşkilatların üzvlərinin regiondan kütləvi çıxarılması sayəsində mümkün olub. Rusiyada “qeyri-ənənəvi” İslam ilə müharibəyə çevrilən terrorizm ilə mübarizə, Qərbin uzun illər ərzində İrandakı vəziyyəti gərginləşdirmək cəhdlərinin bu ölkənin səlahiyyətli hökumət orqanları tərəfindən qarşısının alınması – bütün bunlar iki güclü dövlətin arasında yerləşən Azərbaycanda dini zəmində baş verə biləcək problemi tarazlaşdıra bilən amil kimi görünür.
Bu sabitlik adasında yaşadığımız mühit həm keçmiş sovet dövrünün, həm də ki, müasir zamanın elementlərinin cəmindən ibarət olsa da, əslində İslama əsaslanan həyat məhz sabit və təhlükəsiz olmalıdır, çünki möminin, müsəlmanın ürəyi, onun inanclarına görə, Yaradan tərəfindən bəxş edilən mərhəmətlə dolu olmalıdır. Belə bir insan üçün ən mühüm amil şəxsiyyətidir və əsas məsələ də bu yaxşı tərəfin tapılması və üzə çıxarılmasından ibarətdir. Lakin bəzən bu izah təmamilə başqa tərəfə yönəlir, vurğunun dəyişdirilməsi sözə başqa bir məna verdiyi kimi, batin dini mahiyyətli mənalardan ibarət olan Qurani-Kərimin bilərəkdən səhv izahına yol verilir və bütün bunlar olduqca təhlükəli nəticələrə gətirib çıxarır.
“Sabir bağı” ilə üzbəüz, şəhərimizin məşhur “Monolit” binasında vaxtilə kitab mağazası yerləşirdi (indi bura hər hansı klassikin əsərlərinin külliyyatı qiymətinə cəmi bir yay mövsümü dəbdə olan qısa şalvarlar satan növbəti bahalı dükana çevrilib). Həmin kitab mağazasında mənə görkəmli İslam aliminin altı cildlik əsəri rast gəldi. Bu kitab Quranın yalnız 78 ayədən ibarət olan “ər-Rəhman” surəsinin təfsirinə həsr edilmişdi. Təsəvvür edirsinizmi, cəmi üç səhifəlik surə və alimin yazdığı altı cild kitabda onun izahı... Belə olduğu halda onilliklərlə Quran kəlamını yalnız dəfn mərasimləri ilə əlaqələndirən nəsillər haqında nə demək olar? Müstəqilliyin bərpasından sonra, sərhədlərin açıldığı ilk illərdə, hələ mövcud olduğu köhnə hakimiyyət strukturlarının iflic vəziyyətinə düşdüyü, yenilərinin hələ ki, formalaşmadığı bir dövrdə alverçilərlə yanaşı ölkəmizə çoxsaylı dini təbliğçilər də gəldi. Bu təbliğçilər yalnız İslamın müxtəlif, bəzən bizə yad olan məzhəbləri ilə yanaşı, həmçinin xristian və digər, hətta bir çox ölkədə qadağan olunmuş sektaların yayılması ilə məşğul idilər. Həmin dövrdə bu cür ekspansiyaya cəmi on yeddi məscidi olan, dini tədris müəssisələri, heç bir dini mətbuat orqanı olmayan, Daşkənd İslam İnstitutu və Buxara mədrəsəsinin az saylı savadlı yetirmələri ilə gənc respublika necə müqavimət göstərə bilərdi? İndi də, illər keçdikdən sonra həmin vəziyyəti təsəvvürümüzə gətirməkdə çətinlik çəkirik. Üstəlik, yuxarı təbəqələrdə ateizm dövründə formalaşan dinin və din xadimlərinin dünyəvi hakimiyyətdən uzaqlaşdırılması, keçid dövrünün reallıqlarından, inflyasiya, iş yerlərinin itirilməsindən, Dağlıq Qarabağ probleminin dünya birliyi tərəfindən düzgün anlamamağından və digər problemlərdən aşağı təbəqələrin mənəvi dəyərlərə üz tutması... 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində məhz bu cür vəziyyət yaranmışdı. Həmin dövrdə Zaqafqaziya Müsəlmanları İdarəsinin ehtiyatında xalqı kütləyə çevrilməkdən saxlayan, onu əsrlər boyu qoruyub saxladığı və məhz ona məxsus olan mənəvi və əxlaqi dəyərlərin itirilməsindən xilas edə biləcək yalnız bir səmərəli vasitə vardı. Bu vasitə Söz idi və indiki, televiziyanın və internetin geniş imkanları olan dövrdən fərqli olaraq, o vaxt bu Söz canlı, çox vaxt xoşagəlməz və üzə deyilən söz idi. Bu Söz yalnız Həqiqət tərəfdarının deyil, bəzən ideoloji rəqibin, amansız düşmənin, hətta nəhəng partiyanın o vaxtkı baş katibi Qorbaçovun da üzünə deyilirdi. Və bu Sözləri əksər halda bir insan deyirdi – İdarənin sədri, Şeyxülislam Allahşükür Paşazadə.
Bu gün sərhədləri Böyük Qafqaz sıra dağlarının hüdudlarını aşan və Rusiya Federasiyasının ərazisinin bir hissəsini də əhatə edən Qafqaz Müsəlmanları İdarəsinin sədri dövlətin, hökumətin güclü dəstəyini hiss edir. O vaxtlar isə... Onda birinci şəxslərin tez-tez dəyişdiyi hakimiyyətin özü gənc, lakin təcrübəli dini liderin dəstəyinə ehtiyac duyurdu.
Sovet təcrübəsinin davamı kimi dininin dövlət siyasətindən ayrılmasını dəstəkləyən, dini və dünyəvi hakimiyyətin bir-birilə əlaqədə olmamağı haqqında əsassız və diletant fikrə baxmayaraq dini idarə müstəqilliyin qurulmasının ən mürəkkəb illərində siyasətin mərkəzində idi və bu, İslam dünyagörüşünə zidd olmayan ən düzgün seçim idi. Axı mömin insan hər şeydən əvvəl vətəndaşdır. Deməli, onu əhatə edən dünyadan, xüsusi ilə Vətənindən, ayrı ola bilməz və olmamalıdır, çünki Vətənə qarşı biganəlik elə ən böyük günahlardan biridir.
Oxucularımızın yadına bir məsələni də salaq ki, İslamın yaranması bəşəriyyət tarixində dönüş nöqtəsi oldu. O vaxtlar İsa (ə) peyğəmbəri Allah bilən və bu yanlış ideyanı tətbiq edən xristianlıqdan fərqli olaraq, İslam məhz insanı kainatın mərkəzinə yerləşdirərək öz diqqətini ona yönəltdi. Buna sübut kimi müsəlman ruhanilərinin ən yüksək təbəqələrinə belə, yenə də xristianlıqdan fərqli olaraq, ailə dəyərlərinin yad olmamasını və onların dövlət işlərində iştirakını qeyd etmək olar.
Yüksək instansiyalarda razılaşdırılma dövrünün sona çatdığı və həyatın yeni vərəqdən başlandığı mürəkkəb dövrdə Şeyxülislam Allahşükür Paşazadə məhz bu cür vətəndaş mövqeyini tutdu. O vaxtlar dərəbəyilik dövrü idi, lakin ali dini şəxs üçün də dərəbəyilik dövrünün olduğunu düşünmək sadəcə sadəlövhlükdür. Əksinə, o vaxtlar dini liderə verilən və Allah, xalq qarşısında məsuliyyətə əsaslanan imkanlardan danışmağa haqqımız var. Aradan ötən 30 ildən çox dövr isə Şeyxülislam həzrətlərinin həmin vaxt düzgün seçim etdiyini bir daha sübuta yetirib. Şeyxülislam Allahşükür Paşazadənin göstərdiyi fəaliyyətin nəticəsidir ki, bu illər ərzində Azərbaycanda İslamın kriminallaşması və kriminalın islamlaşması baş vermədi, İslamın özü isə hüquqi müstəvidən kənara çıxmadı. Digər postsovet respublikalarından fərqli olaraq, Azərbaycandan Yaxın Şərqin qaynar nöqtələrinə tək-tük yolunu azmış insan gedir, Azərbaycanın özündə isə hər insan doğru bildiyi dini məzhəbə qulluq edə bilər. Lakin, Şeyxülislamın dəfələrlə vurğuladığı kimi, əgər bu məzhəb ətrafdakılara və dövlətin təməllərinə təhlükə yaratmırsa. Bu gün Qafqaz Müsəlmanları İdarəsi ictimai rəy formalaşdıran güclü ideoloji mərkəzdir. İdarənin və onun rəhbərinin hətta dini çərçivədən kənar çıxan məsələlər üzrə fikrini hakimiyyətin ən yüksək pillələrində, hətta Azərbaycanın hüdudlarından kənarda belə nəzərə alırlar. Ölkənin hüquq-mühafizə və digər müvafiq orqanları ilə yanaşı İdarə Azərbaycanda dini ekstremizm və dözümsüzlüyün ayaq açmasına müqavimət göstərən etibarlı dayaqdır. İnzibati tədbirlərdən fərqli olaraq, onun ehtiyatında yenə də Söz durur və ötən illərdən fərqli olaraq, bu gün bu Sözün kifayət qədər daşıyıcıları var. Hər il Bakı İslam Universiteti peşəkar ruhanilər yetişdirir və onlar iki mindən artıq məscidlərin minbərlərindən xalqımızı sülhə və dözümlülüyə çağıran din xadimlərinin cərgələrinə qoşulurlar. Şeyxülislam həzrətlərinin təşəbbüsü ilə İdarənin mətbuat orqanı olan “Haqqın nuru” qəzetinin iki min nüsxəsi respublikanın ən ucqar nöqtələrinə haqq işığını yayır, onun internet-portalı isə həqiqətin sözünü bütün dünyaya çatdırır. Bütün bunlar Şeyxülislam həzrətlərinin o vaxtlar düzgün seçim etdiyinin göstəriciləridir.
Bunlar həmçinin Azərbaycanın dini lideri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri, inşallah avqustun 26-da növbəti ad gününü keçirəcək Şeyxülislamın, taleyin hökmü ilə iki əsrin kəsişməsində və iki ictimai-siyasi quruluşun hökm sürdüyü dövrlərdə fəaliyyətdə olan Şeyxin 35 il ərzindəki Allah, dövlət və xalq qarşısındakı xidmətlərinin, gördüyü işlərin yalnız bəzi tərəflərinin qısa xülasəsidir.
Bu gün Şeyxülislam Allahşükür Paşazadə XXI-ci əsr Azərbaycanının ən mühüm simalarındandır. Həmin mürəkkəb dövrdə başqa seçim etmiş olsaydı bu insanın taleyi necə olardı? Bu haqda çox düşünmək olar, lakin tarix fərziyyələri sevmir və hər kəsin əməlinə layiqincə qiymət verir. Müqəddəs Qurani-Kərimin yuxarıda qeyd etdiyimiz “ər-Rəhman” surəsinin 60-cı ayəsində deyildiyi kimi, “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”
Zülfüqar Fərzəliyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət