2015-ci ilin əvvəlindən fəaliyyət zamanı yol verdiyi pozuntulara görə 4 aptek bağlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu qərar nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi tərəfindən aparılan reydlərin nəticəsində qəbul edilir. 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci bəndinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb.
Bütövlükdə 84 aptekdə reydlər aparılıb. Nəticədə bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.
Bundan başqa, məlumat verilir ki, Mərkəzdə əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır. Belə ki, son bir necə ay ərzində 10 belə şikayətə baxılıb. 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib. Faktla bağlı nazirlik tərəfindən lazımi tədbirlər görülüb.
A.Zeydullayeva
SOCAR “Tengiz” yatağından Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə tranzitinə başlayıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək