Rusiya və Azərbaycanı müxtəlif ictimai və dini modellərə hörmətlə yanaşma və tolerant münasibət birləşdirir. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev söyləyib.
“Biz bir çox prinsipial məsələlərə eyni şəkildə yanaşırıq. Bütün bunlar bizim hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə gətirib çıxarır”,- deyə deputat Kazanda keçirilən “İnancla birləşənlər - gələcəyə addımlayanlar” Beynəlxalq Pravoslav Gənclər Forumunda çıxışı zamanı bildirib.
Moskva Patriarxatının Kilsə və cəmiyyətin qarşılıqlı əlaqələri şöbəsinin sədri, protoierey Vsevolod Çaplin Azərbaycan və Rusiya arasında qədim dinlərarası dostluğun olduğunu söyləyib.
“Azərbaycanın müsəlman icması ilə çox mehriban münasibətlərimiz var. Bizi fəal şəkildə dəstəkləyən Azərbaycan rəhbərliyi ilə əlaqələri çox yüksək qiymətləndiririk. Bizim əsl qardaşlıq münasibətlərinə dair çoxəsrlik təcrübəmiz var. Dünyagörüşlərinin fərqlənməsinə baxmayaraq, insanlar bir-birinin adət və ənənələrinə hörmət edərək dinc və yanaşı yaşayırlar”,- deyə o əlavə edib.
Forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Almaniya, Böyük Britaniya, Danimarka və Monteneqrodan gəlmiş 200-dən çox nümayəndə iştirak edib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət