Azərbaycan Qafqazın mirvarisidir. Bura turizm sektorunun yüksək templə inkişaf etdiyi ölkədir. Bakıda ən çox ziyarət edilən məkanlardan biri, cəsarətlə demək olar ki, bakılıların “İçərişəhər” adlandırdığı köhnə şəhərdir. Paytaxtın qəlbi olan bu gözəl yerdə çoxəsrlik qədim tarixi abidələrlə yanaşı, qeyri-adi bir məkan da var. Burada hər kəs ödənişsiz şəkildə orijinal miniatür kitablar kolleksiyasını görə bilər. Miniatür kitablar muzeyini siz başqa heç bir yerdə görə bilməzsiniz, buna görə də o, “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Bu özəl muzey 2002-ci ildən İçərişəhərin sakit küçələrindən birində fəaliyyət göstərir. Muzeyin yaradıcısı və təsisçisi Azərbaycanın əməkdar incəsənət xadimi Zərifə Salahovadır. Muzeyin yaradılması, “Ginnesin Rekordlar Kitabı”na salınması, kolleksiyanın necə zənginləşirilməsi barədə Zərifə xanımın müsahibəsində məlumat almaq olar. “İnterfaks-Azərbaycan” agentliyi müsahibəni oxuculara təqdim edir.
-Miniatür kitablar kolleksiyası ideyası necə yarandı?
-1982-ci ilin noyabr ayında Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətində mənə 23 rubla Krılovun təmsillərinin 1835-ciilə aid faksimilenəşrini almaq təklif olundu. O zamanlar üçün bu çox bahalı olsa da, mən bu kitabı almağa qərar verdim. Pulu ödəyibanbaragetdimvəoradailkdəfəmini-kitab gördüm.Elə o gündən də mənim kolleksiyamın əsası qoyuldu. Ötən 30 il ərzində mən 7 mindən çox miniatür kitab toplamışam.
Muzey “Ginnesin Rekordlar Kitabı”nın sertifikatını alıb. Bu barədə danışmağınızı istərdik.
Mən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Samir Nuriyevdən “Ginnesin Rekordlar Kitabı”na sənədlərin hazırlanması ilə bağlı ingilis dilini bilən işçilərdən birinin bu işdə mənə kömək göstərməsini xahiş etdim.“Ginnesin Rekordlar Kitabı”nın tələblərinə əsasən mən muzeyin kolleksiyası ilə bağlı dərc olunan materialları, rəyləri, fotoları, videonu, muzeyin nizamnaməsini, öz fikirlərimi və 2913 kitabın kataloqunu təqdim etməliydim. Həmçinin üç nəfər də şahid tələb olunurdu. Akademik Urxan Ələkbərov, əməkdar jurnalist Elmira Əliyeva və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov yazılı şəkildə muzey kolleksiyasına şahidlik etdilər. Məsələnin qəliz tərəfi muzeyin dövlət yox, özəl olması idi. Biz ingilis dilində 10 diskdə sənədləri, muzeyin bukletini, eləcə də şəkilləri bütün sənədlərə əlavə etməli olduq.
Beləliklə, biz üç ay ərzində “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə müvafiq olaraq sənədləri ingilis dilində hazırladıq və sentyabrın 16-da göndərdik.
Bizdən “Ginnesin Rekordlar Kitabı”nda necə, yəni hansı adla təmsil olunmağımızı, kitaba muzey, yaxud şəxsi kolleksiya adı ilə düşmək istədiyimizi də soruşurdular. Mən cavab verdim ki, şəxsi kolleksiya kimi düşsün. Çünki hələ 1982-ci ildə mətbuatdan oxumuşdum ki, hindistanlı bir nəfərin şəxsi kolleksiyasından 286 ədəd miniatür kitabını “Ginnesin Rekordlar Kitabı”na qəbul ediblər. Bunu xatırlayıb, dərhal qərara aldım ki, kitablar şəxsi kolleksiya kimi təqdim edilsin. Həmçinin bildirdim ki, təqdim etdiyim materiallar səhihdir və dünya oxucularına yaxşı tanış olan yazıçı Çingiz Abdullayevi də əlavə müstəqil şahid kimi bu prosesə cəlb etdim.
Bu il yanvarın 20-də onlardan xəbər gəldi ki, müraciət qəbul olunub və mən yaxın günlərdə kolleksiyanın “Ginnesin Rekordlar Kitabı”na düşməsini təsdiq edən sertifikatı alacağam. Məktubun sonunda isə “Ginnesin Rekordlar Kitabı”nın heyətinin təbrikə qoşulduğu yazılmışdı.
Bu, yalnız mənim xidmətim deyil, ilk növbədə Heydər Əliyevin muzeyə və ümumiyyətlə xalqımızın milli-mənəvi dəyərlərinə göstərdiyi dəstək, qayğı və diqqətin nəticəsidir.
Siz dediniz ki, kolleksiyanızda 7 mindən çox kitab var. Nə üçün “Ginnesin Rekordlar Kitabı”na yalnız 2913 kitab daxil edilib?
-Sovet standartları ilə mini-kitab formatı 100x100 mm, Avropa standartları ilə 58x76 mm hesab olunurdu. Bugün 145 kv.m sahəyə malik muzeydə 37 şüşə vitrində dünyanın 67 ölkəsində nəşr edilmiş 5,5 min miniatür kitab sərgilənir. Buna görə də onların standartlarına yalnız qeyd edilən sayda kitab uyğun gəldi.
Mümkünsə, muzeyin ən nadir və maraqlı eksponatları barədə danışın.
Yaponiyanın "Toppan" nəşriyyatında 2х2 mm formatında buraxılmış 3 mikrokitabekspozisiyanın ən nadir eksponatlarıdır. Mənim kolleksiyamda ümumilikdə 7 mindən çox kitab var.
-Muzeyə bu günə qədər neçə ziyarətçi gəlib?
Muzeyin açıldığı 2002-ci ildən bu günə qədər 66,955 min yaşlı insan, 46,281 min tələbə, 70,305 min məktəbli, 5165 məktəbəqədər yaşlı uşaq, eləcə də 57,455 min digər ölkə vətəndaşı muzeyi ziyarət edib. Bu ilin 8 ayı ərzində muzeyə gələn ziyarətçilərin sayı 26,586 min nəfər olub.
Zərifə xanm, kolleksiyanızla mümkün olduğu qədər çox insanın tanış olması üçün hansısa layihələr həyata keçirirsinizmi?
Ötən il dekabrıın 18-də mən Naxçıvanda şəhər kitabxanasının nəzdində muzeyin filialını açdım, orada dünyanın 36 ölkəsində dərc edilmiş 1090 kitab təqdim edilib. Kitablar 12 vitrində yerləşdirilib. Bu payız mən daha bir filialı Gəncədə açmağı planlaşdırıram, orada 700-ə yaxın kitab sərgilənəcək. Bunlar muzeyin ehtiyatında olan dublikatlardır, buna görə də mən qərara aldım ki, onları da insanlara nümayiş etdirmək yaxşı olar.
Muzeyin yaradılmasında Heydər Əliyevin rolu barədə danışdınız. Bu barədə daha ətraflı məlumat verərdiniz.
1993-cü il oktyabrın 10-da Heydər Əliyev ilk dəfə prezident seçilərkən Respublika sarayında keçirilən andiçmə mərasimində mən də iştirak edirdim. O zaman Heydər Əliyev parlaq proqram nitqi ilə çıxış etdi, mən qərara aldım ki, bu çıxışı miniatür kitab kimi dərc etdirəcəm. Məndə andiçmə nitqlərinin kolleksiyası, o cümlədən Kennedinin ölümündən sonra Hollandiyada dərc edilmiş çıxış mətni var. Bu, dəri cilddə buraxılmış çox yaxşı bir nəşrdir. Məhz bu kitab mənə Heydər Əliyevin çıxışını dərc etdirmək barədə ideya verdi. Onun andiçmə mərasimində söylədiyi nitqi “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlı miniatür kitab formasında nəşr etdirdik. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən bu kitabın 1995-ci il iyunun 3-də Milli Kitabxananın xarici ədəbiyyat zalında təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində kolleksiyadan 2 min miniatür kitabın sərgisini təşkil etmişdim.
Heydər Əliyev sərgiyə baxarkən dedi ki, Zərifə, bu kitabların hamısı səninkidir? Dedim ki, bəli, amma bu hamısı deyil, burada 2 min kitab düzmüşük, kolleksiyamda isə 4 min nüsxədir. Orada Erik Honekkerin 10 cilddən ibarət nəşri də var. O zaman artıq Almaniya Demokratik Respublikası yox idi. “Fərhad və Şirin” nəşri, Rerixin reproduksiyaları, Puşkinin “Yevgeni Onegin” əsərinin faksimile nəşri (1835-ci il) onun çox xoşuna gəldi. Mən bu kitabları ona bağışladım. O, heç vaxt heç kimdən heç nə almırdı, amma bu kitablarıgötürdü.
5 ay keçdi və mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına muzey üçün yer ayrılması ilə əlaqədar məktub yazdım. 4 aydan sonra Memarlıq İdarəsindən mənə zəng edərək bildirdilər ki, İçərişəhəri gəzək və seçdiyimiz yeri bizə muzey üçün verəcəklər. Ümummilli liderin göstərişi olmasaydı, kim mənə bu yeri verərdi? Əgər o zaman onun qayğısı sayəsində bu yer verilməsəydi və burada belə bir muzeyi təşkil etməsəydik, kitabların taleyi məlum olmayacaq, yenə də illərlə mənzilimdə karton qutularda qalacaqdı, heç kim bu kitabları görməyəcəkdi.
Kolleksiya harada sərgilənib?
Sərgilər Kabildə(1988),Dəkkədə(1991),Hayfada(1994),XayRouda(1995),Moskvada(1997və2003, Kiyevdə (2000),Sidneydə(2000),Mayntsda(2003),Ankarada(2005),Parisdə(1999və2006),SəudiyyəƏrəbistanında (2007),Londonda(2009),Minskdə(2009, 2013),Şanxayda(2010),Pekində (2011),Havanada(2011)təşkil olunub. Bundan başqa, muzeyinnəşrləri dəfələrləBakıdaM. F.Axundov adına MilliKitabxanadanümayişolunub.
-Bu qədər qısa vaxt ərzində bu qədər çox sayda kitabı necə topladınız?
-Birincisi, xarici səfərlərimdə mən mütləq şəkildə kitab mağazalarının qədim kitabların olduğu şöbələri, eləcə də Brüsseldə, Parisdə, Sena sahillərində, Havanada, Moskvada və digər şəhərlərdə kitab meydanlarını gəzirdim. İkincisi, dostlarım, kolleksiyaçılar və nəşriyyatlar mənə kitab bağışlayırdılar. Bu işdə mənim 1985-ci ildən etibarən miniatür kitablar dərc etməyim də vacib rol oynayıb. Mən özüm miniatür kitablar dərc etməyə başladım, xaricdə və Sovet İttifaqındakı digər kolleksiyaçılarla kitab mübadiləsi apardım. Beləliklə,kitabsevərlər cəmiyyətində 32 illik fəaliyyət ərzində mən həm Azərbaycanın, həm də digər ölkələrin görkəmli siyasətçilərinə, incəsənətvə idman xadimlərinə həsr edilmiş 145 miniatür kitab nəşr etdirdim. Üçüncüsü, Rimma Kazakova, SSRİ xalq artisti Zinoviy Gerdt, SSRİ xalq rəssamı Orest Vereyskiy,tanınmış peterburqlu şair Aleksandr Dolski, jurnalist Oleq Sıqanov, mənim qardaşım, görkəmli rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov və onun dostları mənim marağımı bilərək öz şəxsi kitabxanalarından mənim kolleksiyama kitab bağışlamağı özlərinə borc bilirdilər. Eyni zamanda, bizim diplomatlarımız səfərlərdən kitablar gətirir, muzeyin ziyarətçiləridəmuzeyə kitablar hədiyyə edirlər.
Söhbət etdi: Alla Zeydullayeva
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət