Pakistan İslam Respublikası Senatının Müdafiə daimi komitəsi Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin “özünüidarə orqanları”na keçirilmiş “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb. Komitə bəyanatda qanunsuz “seçkiləri” qəti şəkildə pislədiyini bildirir. Bu barədə “AZƏRTAC” Dövlət İnformasiya Agentliyi məlumat verir.
Qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə və digər ağır cinayətlər törədib.
Bu qanunsuz seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır və sülh danışıqlarına zərbədir. Bu, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını legitimləşdirmək istiqamətində atılmış növbəti addımı və eyni zamanda, silahlı münaqişənin siyasi həllində səmimi şəkildə maraqlı olmamasının aydın təzahürü, həmçinin bu ölkənin təxribatlar və gərginləşdirmə yolu seçdiyinin göstəricisidir.
Bəyanatda vurğulanır ki, komitə beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir.
Komitə inanır ki, münaqişənin davamlı və uzunmüddətli həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinin icrasının təmin edilməsidir.
R. Babayev
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət