Ermənistan prezidenti Serj Sarqsyan bəyanatı ilə bu ölkə tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı faktını təsdiq edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
“Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalının, təcavüzkar dövlət kimi, münaqişədə Ermənistanın daşıdığı hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur”, - deyə H.Hacıyevin KİV-ə verdiyi bəyanatda deyilir.
Xatırladaq ki, dünən qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərin əlaqləndirilməsi üzrə dövlət komissiyanın iclasında çıxışı zamanı S.Sarqsyan bəyan edib ki, “Ermənistan – mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam – dünyanın ən hərbiləşmiş ərazilərindən biridir”.
H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir.
“Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir”, - deyə o qeyd edib.
Mətbuat xidməti rəhbəri bildirib ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını rəsmi Bakı təkzibolunmaz faktlarla sübut edib.
“Rəsmi Yerevanın hədəfi Azərbaycan ərazilərinin ilhaqı və işğalına əsaslanan mövcud status-kvonu saxlamaqdan ibarətdir”, - deyə H.Hacıyev vurğulayıb.
“Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca intensiv şəkildə atəşkəsin pozulması və mülki Azərbaycan əhalisinin hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir”, - deyə o əlavə edib.
Bununla yanaşı, H.Hacıyev qeyd edir ki, ümumxalq iğtişaşı və siyasi, iqtisadi və maliyyə böhranı ilə üzləşən “Ermənistanın hərbi xunta rejimi” cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi ilə ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq kimi məqsədlər güdür.
“Təəssüflər olsun ki, ikili standartlardan çıxış edərək, münaqişə ilə verilən bir sıra bəyanatlar təcavüzkar dövlət və işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır, Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik xarakter daşıyır”, - deyə mətbuat katibi bildirib.
H.Hacıyev onu da qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.
“Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”, - deyə H.Hacıyev bəyan edib.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət