“Təmiz Şəhər” ASC Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsi çərçivəsində gölün dibinin təmizlənməsi məqsədilə podratçı cəlb edir. Bu barədə ASC-nin tender elanında qeyd olunur.
Bundan başqa, cəmiyyət ikinci tenderin keçirilməsi barədə elan edib. Onun çərçivəsində məsləhətçi xidmətlər, tədqiqatlar, mühəndislik işləri, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ), layihə-smeta sənədləşdirilməsi, Böyükşor və Zığ göllərinin bərpası layihəsi çərçivəsində işlərin aparaılması texniki nəzarətin həyata keçirilməsinə dair sənədlərin hazırlanması məqsədilə podratçı cəlb etməyi planlaşdırır.
Hər tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Tenderlər çərçivəsində tender təklifləri 16 noyabr tarixinədək qəbul edilir, təkliflər zərfləri noyabrın 18-də açılacaq.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət