Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır. Bu barədə dünya iqtisadiyyatının (World Economic Outlook, WEO) oktyabr ayına olan proqnozunda qeyd edilir.
İyun ayında BVF 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırıb.
2016-cı il üçün ölkədə ÜDM-in artımı üzrə proqnoz 2,5% (iyun ayının proqnozu 2,8%), 2020-ci il üçün 3,4% (aprel ayının proqnozu 3,3%) səviyyəsindədir.
Fondun proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda orta illik inflyasiya 5% (iyun ayına olan proqnoz 8,5%), 2016-cı ildə 4,2% (iyun ayına olan proqnoz 6,2%), 2020-ci ildə 4,5% (aprel ayına olan proqnoz 4%) təşkil edəcək.
Fondun qiymətləndirmələrinə görə, 2015-ci ildə Azərbaycanda tədiyyə balansının profisiti ÜDM-in 3%-ni (iyun ayı üçün proqnoz ÜDM-in 5,1%-i), 2016-cı ildə ÜDM-in 2,7%-ni (iyun ayı üçün proqnoz ÜDM-in 5,3%-i), 2020-ci ildə ÜDM-in 5,1%-ni (aprel ayı üçün proqnoz ÜDM-in 11,1%-i) təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti cari ilin yekunları üzrə ÜDM-in artımını 3,3% səviyyəsində, 2016-cı il üçün 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə inflyasiya üzrə proqnoz 4,4%, 2016-cı ildə 3,3% təşkil edəcək.
Cari ildə tədiyyə balansının profisiti ÜDM-in 2,2%-i, 2016-cı ildə ÜDM-in 2,4%-i səviyyəsində proqnozlaşdırılır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət