Sualları Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu cavablandırır
- Bölgədə gərginliyin yenidən artmasını nəzərə alaraq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Atəşkəs elan edildiyi dövrdən etibarən bölgədə çoxlu sayda qarşıdurma və sərhədlərin pozulması halları yaşandı. Yalnız sentyabr ayında baş verən qarşıdurmalar Ermənistan mətbuatının güclü təbliğatı sayəsində ilə ön plana çəkildi. Bunun bir çox səbəbi var. Hazırda Ermənistanda müxalifət və iqtidar arasında böhrana səbəb olan konstitusiyaya dair müzakirələr, Ermənistan Elektrik Şəbəkəsi şirkətinin rusiyalı iş adamı Samvel Karapetyanın Cənubi Kiprda qeydiyyata alınan şirkətinə satılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və yoxsulluğa qarşı etirazlarla çıxış edən çoxsaylı siyasi blokların fəaliyyəti və erməni müxalifətçi Vaan Martirosyanın Azərbaycandan sığınacaq istəməsi kimi gündəmdə olan vacib mövzular bunun sayəsində bağlandı. Sarkisyan bu üsulu bəyənir və Azərbaycanla qarşıdurma olmasaydı belə, bölgə ilə bağlı yalan xəbərin yayılması üçün xüsusi cəhdlərə əl atardı.
Digər məsələ isə ondan ibarətdir ki, İrəvan Moskvanın diqqətini bölgəyə çəkməyə çalışır. Son zamanlar Rusiya-Azərbaycan əlaqələrinin irəliləməsi və Avrasiya İqtisadi İttifaqından istədiyini ala bildmədiyinə görə keçirdiyi narahatlıq İrəvanın başqa yollara əl atmağa çalışmasına səbəb olur. Ermənistanın fikrincə, Moskva İrəvan ilə Bakı arasında daha balanslı siyasət aparmalı idi. Moskva bunu etməsə, nə baş verə bilər? Bu məsələdə İrəvan heç nə edə bilməz. Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmayana qədər digər fərqli alternativ mövqeyin irəli sürmək çətindir.
- Hələ bir neçə il öncə Ermənistanın Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil olduğunu bəyan etmiş və bunu Qarabağın Ermənistanın bir hissəsi olmaması ilə əsaslandırmış S.Sarkisyanın bu yaxınlarda birdən Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu deməsi ilə bağlı məntiqsizliyini necə izah etmək olar?
- İrəvanın hər zaman Qarabağla bağlı qərarsızlığı olub. Bu məsələ ilə bağlı nə edə biləcəklərini qəti bilmirlər. Bəzən bu bölgə ilə əlaqəsi olmadığını, bəzən də Qarabağın sanki Ermənistanın bir hissəsi olması kimi hərəkət edirlər. Siyasi manevr etdiyini hesab edən İrəvan hakimiyyəti əslində böyük böhran içindədir. Qazaxıstan kimi, digər dövlətləri aldadaraq Qarabağı “müstəqil” dövlət göstərməyə çalışdılar. Digər siyasi vəziyyət yaranan kimi isə Qarabağın vəkilliyini həyata keçirməyə başlayırlar. Bütün bunlar yalan məlumatın beynəlxalq münasibətlərlə əlaqələndirilməsi cəhdidir. Lakin bu siyasətin ömrü uzun ola bilməz.
- Emənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı halda digər dövlətlər İrəvan kimi hərəkət edə bilərmi?
- Bu, iqtisadi münasibətlərlə bağlı vəziyyətdir. Rusiya Abxaziyanın tanınması üçün bəzi kiçik dövlətlərə iqtisadi cəhətdən yardım etdi. Ermənistan da diaspora və Rusiyanın köməyi ilə bu cür addım ata bilər. Yalnız 3-4 kiçik dövlətdən başqa heç kəs tanımaz.
- Rusiya-Türkiyə əlaqələrinin aktivləşməsi Qarabağ münaqişəsinin nizamlanmasına nə kimi təsir göstərə bilər?
- Təəssüf ki, Qarabağ məsələsində Türkiyənin Rusiyaya təsir göstərməsi mümkün deyil. Türkiyə-Rusiya əlaqələrində Rusiya daha üstün mövqe tutur. Qarabağ məsələsində isə Türkiyə sadəcə Bakıya dəstək verəcək vəziyyətdədir. Bundan başqa, daha təsirli siyasəti yoxdur. Turqut Özal və Süleyman Dəmirəlin yürütdükləri Türk Dünyasının siyasətiolmadığından bugünkü vəziyyət heç də ürəkaçan deyil.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət