“İnterfaks-Azərbaycan” agentliyinin Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə müsahibəsi
- Ötən istirahət günü Belarusda növbəti prezident seçkiləri keçirilib və Aleksandr Lukaşenko yenidən qələbə çalıb. Bu, gələcəkdə Bakı ilə Minsk arasında ikitərəfli münasibətlərin qurulmasına necə təsir edəcək?
- İlk növbədə Belarus xalqını düzgün seçim etməsi münasibəti ilə təbrik etmək istəyirəm. Belarus seçicilərinin 80%-dən çoxu seçki dairələrinə gələrək ölkənin gələcəyinə səs veriblər. Faiz göstəricisinin bu qədər yüksək olması insanların gələcəkdə övladlarının yaşayacağı dövlətin taleyi barədə ciddi düşünməsindən xəbər verir. Seçkilər demokratik şəraitdə keçirilib. Səsvermədən bir gün öncə Minskdə müxalifətin aksiyası olub. Aksiya dinc şəraitdə keçirilib. Narazı olanlar fikirlərini azad şəkildə ifadə edə biliblər, lakin buna baxmayaraq, seçkilərin nəticələrinə görə Aleksandr Lukaşenko qalib olub.
Buna görə mən seçkilərin demokratikliyini KİV-də şübhə altına alan keçmiş prezident Stanislav Şuşkeviçlə razı deyiləm. Ola bilsin ki, o, pis alim deyil, lakin bacarıqsız dövlət xadimidir. Onun 1990-cı illərdəki Belarusu, rəhbərlik etdiyi dövrü xatırlaması və onu Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi indiki dövlətlə müqayisə etməsi yaxşı olardı.
İkitərəfli Azərbaycan-Belarus əməkdaşlığının inkişafına gəlincə isə, Lukaşenkonun qələbəsi ölkələrimiz arasında münasibətlərin yüksələn xəttlə davam etməsi deməkdir. Belarus seçicilərinin əksəriyyətinin dövlətin gələcəyini ona etibar etməsi faktı onların sabit, firavan həyat seçdikləri anlamına gəlir. Çünki təbii resursları olmayan Belarus Lukaşenkonun rəhbərliyi dövründə yaxşı inkişaf etmiş kənd təsərrüfatı və sənayesi olan, iqtisadi cəhətdən güclü dövlətə çevrildi. Bu insana xaricdən güclü təzyiqlər edilir, lakin eyni zamanda onunla hesablaşırlar. Çünki o, mürəkkəb siyasi vəziyyətlərdə düzgün çıxış yolları tapmağı bacaran müdrik siyasətçi və güclü oyunçudur.
Bu səbəbdən prezident seçkilərində Lukaşenkonun qələbəsi ikitərəfli münasibətlərin gələcəkdə yüksələn xətlə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Fikir verin, Bakı ilə Minsk arasında münasibətlərdə heç zaman mübahisəli məsələlər yaranmayıb. Biz hər zaman bir-birimizi dəstəkləmişik.
Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda Minskin strateji tərəfdaşıdır. Ölkələrimiz və xalqlarımız arasında mehriban və möhkəm dostluq münasibətləri var. Bu, xüsusilə mədəni əlaqələrdə və iqtisadi sahədə özünü biruzə verir. Biz Belarusla yalnız qarşılıqlı ticarət dövriyyəsinin artmasına çalışmırıq, həm də siyasi sahədə çox sıx əməkdaşlıq edirik. Prezident Lukaşenko hər zaman aydın şəkildə Azərbaycanın ərazi bütövüyünü dəstəklədiyini bəyan edib, MDB çərçivəsində keçirilən tədbirlərdə Ermənistan -Azərbaycan münaqişəsinə dair obyektiv mövqeyi ilə seçilib.
Azərbaycan və Belarus çox mürəkkəb geosiyasi məkanda yerləşir. Rusiya, İran, Türkiyə bizim qonşularımızdır. Azərbaycandan bir qədər kənarda müharibələr gedir, münaqişələr yaranır. Belarusun bilavasitə yaxınlığında isə Moskva və Avropa ölkələri arasında iqtisadi qarşıdurma baş verir. Və yenə də Ukrayna məsələsi. Və bu mürəkkəb təsir dairəsi çərçivəsində hər iki dövlət iqtisadiyyatını inkişaf etdirməyə davam edirlər. Bu səbəbdən biz də Belarusda sabitliyin qorunub saxlanmasında maraqlıyıq. Belarus xalqı da bu kursun davam etməsində maraqlıdır. Çünki müasir şəraitdə balansı saxlamaq çətindir, İlham Əliyev və Aleksandr Lukaşenko isə güclü siyasətçilərdir. Azərbaycan və Belarus sabitlik adalarıdır, burada yaxın gələcəyə proqnozlaşdırılan sabitlik var.
- Son illərdə Qərb Lukaşenko başda olmaqla Belarusa qarşı sanksiyalar tətbiq edir. Sizcə, gələcəkdə Minsk və Avropa arasında münasibətlər necə inkişaf edəcək?
- Bəli, Belarusa qarşı siyasi sanksiyalar tətbiq olunur. Belarusun bəzi məmurlarına Avropa İttifaqı ölkələrinə giriş qadağası qoyulub. Bu, düzgün siyasət deyil. Minskə qarşı tətbiq olunan sanksiyalar əsassızdır, çünki birincisi, bu cür üsullar qeyri-səmərəli və mədəniyyətdən kənardır. Müasir dünyada hətta münasibətlərdə problem olduğu halda dialoq lazımdır. Bu isə rəsmi şəxslərin iştirakı ilə mümkündür. Dövlət məmurlarının Aİ ölkələrinə girişinə qadağa qoyulması Avropa ölkələri tərəfindən səhv addımdır, çünki bu, ünsiyyətə və əlaqələrin qurulmasına əngəl törədir.
Hazırda sanksiyaların aradan qaldırılması mümkünlüyü ilə bağlı fikir mövcuddur. Yəni Avropanın vəziyyəti düzəltmək imkanı yaranır. Bundan başqa, Avropa ölkələrinin özləri Minsklə əməkdaşlıqda maraqlıdır, bütün bu illər ərzində Belarusun iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı və sənaye uğurla inkişaf edib. Əminəm ki, Qərb Minskin üzərindən sanksiyaları götürəcək. Lakin bu addım tərəflərin yaxınlaşması istiqamətində yeganə amil olmamalıdr. Belarus Avropa Şurasına daxil olmalıdır. Bəzi qonşularımızdan fərqli olaraq - söhbət Ermənistandan gedir, Belarusun AŞ-nin üzvü olmaq üçün bütün hüquqları var. Düzdür, orada ölüm cəzası problemi var, lakin bunu həll etmək mümkündür. Moratorium tətbiq etmək olar və bu, Belarusun təcrid olunması üçün tutarlı səbəb olmamalıdır.
Biz belaruslu həmkarlarlarımızla parlamentlər, o cümlədən beynəlxalq təşkilatlar səviyyəsində sıx əməkdaşlıq edirik. Xatırlayıram, Avropa Şurasında Minsk məsələsi müzakirə olunduğu zaman bəzi uzağı görə bilməyən Avropa siyasətçiləri milli parlamentləri Belarusdan olan həmkarlarla əməkdaşlıq etməməyə çağırırdılar. Azərbaycan nümayəndə heyəti hər zaman Belarus tərəfinin mövqeyini dəstəkləyib və bu cür qətnamələrin əleyhinə səs verib. Biz Minskin təcrid olunmasına qarşı çıxış etmişik.
Söhbət etdi R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət