“İnterfaks-Azərbaycan” agentliyinin suallarına Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, “Avrasiya Birliyi” təşkilatının İdarə Heyətinin üzvü, “Vətəndaş dialoqu” müşahidəçilər qrupunun əlaqələndiricisi Darya Qrevtsova cavab verir.
- Bir müşahidəçi kimi necə hesab edirsiniz, noyabr ayının 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini digər MDB ölkələrində keçirlən seçkilərdən fərqləndirən cəhət nədir?
Mən hesab etmirəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri digər ölkələrdəki seçkilərdən hansısa xüsusiyyətinə görə fərqlənəcək. Səsvermə üçün geniş spektrdə siyasi partiyalar təmsil olunub, hakim partiyanın reytinqi daha yüksəkdir. Dünyada elə siyasi sistemlər var ki, bu sistemlərdə bir neçə müddət ərzində iqtidaryönümlü qüvvələr üstünlük təşkil edirlər. Azərbaycanda prezident İlham Əliyev və ölkənin inkişaf kursu xalq tərəfindən yüksək dəstəklənir. Seçkilər yəqin ki, əvvəllər olduğu kimi sakit şəraitdə və qanunvericiliyə uyğun keçiriləcək. Mən 2013-cü ildə prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Kifayət qədər xoş təəssüratlar yarandı, ciddi qanun pozuntuları qeydə alınmadı. ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu istisna olmaqla, digər missiyaların müşahidəçiləri də bu seçkiləri müsbət qiymətləndirdilər.
- Yeri gəlmişkən, Avropanın əsas institutları bir qayda olaraq Azərbaycandakı seçkiləri tənqidi qiymətləndirirlər. Bakı bunu qərəzli münasibətin və ikili standartların təzahürü kimi qiymətləndirir. Siz bu yanaşamanı nə ilə izah edərdiniz?
-Azərbaycan balanslı, müstəqil siyasət yürüdür və istənilən təzyiqin qarşısını almağa çalışır. Ciddi enerji ehtiyatlarına malik, dinamik inkişaf edən Azərbaycan Avropannın siyasi müstəvisində aparıcı oyunçulardan biri ola bilər. Qərb siyasətçiləri bunun belə olmasını istəmirlər, buna görə də öz qiymətləndirmələrində qərəzlidirlər. Avropa institutları Azərbaycanın Rusiya ilə də dost münasibətlərini dəstəkləmirlər. Buna görə onlar bütün vasitələrlə Bakının beynəlxalq aləmdəki mövqeyini zəiflətməyə çalışır, Azərbaycanda keçirilən seçkilərlə bağlı tənqidi fikirlər səsləndirirlər.
- Son vaxtlar Azərbaycan və Aİ-nin münasibətləri pisləşib. Hətta Bakı sentyabr ayında “Şərq Tərəfdaşlığı” proqramındakı iştirakını məhdudlaşdırmaq barədə qərar verdi. Bu, respublika üçün mənfi nəticələr verə bilərmi? Yeri gəlmişkən, bu amil Avropanın respublikadakı parlament seçkilərinə verəcəyi qiymətə təsir göstərəcəkmi?
-Avropalıların qiymətləndirməsi seçkilərin düzgün keçirilib-keçirilməməsindən deyil, bu və ya digər ölkənin Avropa rəhbərliyinin təsirinə nə dərəcədə loyal olmasından asılıdır.
Sözsüz ki, “Şərq Tərəfdaşlığı” proqramından çıxmaq Avropa ilə Bakının münasibətlərini çətinləşdirəcək, lakin bu, yalnz ilk vaxtlar belə olacaq. Aİ Azərbaycanın ehtiyatlarından özünə faydalı şəkildə istifadə etmək: alınan neft və qazın qiymətlərini azaltmaq və ya öz nəzarəti altına almaq üçün respublikanı özünə tabe etmək istəyir. Azərbaycan bunu başa düşür və öz maraqlarını, büdcəsini və xalqını qorumaq üçün bütün tədbirləri görür. Qərb ölkələri müstəqil və güclü Azərbaycanı görən kimi respublika ilə münaqişə aparmağın onlar üçün faydalı olmadığını başa düşəcək və artıq Azərbaycanın şərtləri ilə respublikaya tərəfdaşlıq təklif edəcəklər. Güclüdən qorxur və hörmət edirlər, nəticə olaraq isə əməkdaşlıq etmək istəyirlər
Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması Aİ ilə əməkdaşlığa yaxşı alternativ sayıla bilərmi? Yaxın gələcəkdə Aİİ-yə qoşulmaq nə dərəcədə realdır?
-Hazırda Azərbaycan hər hansı formal ittifaq olmadan da fəal və uğurla inkişaf edir. Sözsüz ki, Aİİ Aİ-yə alternativ olaraq yaradılıb. Onun əsas prinsipləri Avrasiya ərazisindəki üzv dövlətlərin birgə iqtisadi inkişafını və ümumi təhlükəsizliyini təmin etməkdir. Aİİ-yə üzv olmaq İran və Türkiyəyə çox faydalı ola bilər. Bu ölkələrdə mallara rüsumların azaldılması büdcəyə əlavə vəsaitin daxil olmasını təmin edəcək. Türkiyə və Azərbaycan arasında ticarət fəal şəkildə inkişaf etdiyi üçün onlar arasında əmtəə dövriyyəsində rüsumların azalması Azərbaycana da faydalı olacaq. Əgər respublikanın əsas iqtisadi tərəfdaşları Avrasiya İttifaqında olacaqlarsa, o zaman respublikanın Aİİ-yə üzvlük ehtimalı daha da böyükdür.
Söhbət etdi: Fuad Hüseynzadə
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət