Azərbaycanın Hərbi Hava Qüvvələri Ermənistanın istənilən hava hücumunun qarşısını almaq iqtidarındadır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə istefada olan polkovnik, Müdafiə Nazirliyinin idarəetmə şöbəsinin keçmiş rəisi Kamal Hüseynov bəyan edib.
“Dəfələrlə KİV-də Ermənistan tərəfindən Azərbaycanın neft-qaz və nəqliyyat infrastrukturuna zərblər endirmək iqtidarında olduqlarına dair məsuliyyətsiz və əsasszı bəyanatlarla qarşılaşmışıq. Əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın infrastrukturuna mühüm zərər verməyə qadir olduğunu düşünürsə, çox yanılır. Hərbi vəzifələrini icra edənAzərbaycan Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri bu ölkənin istənilən hava hərəkətinin qarşısını almağa qadirdir”, - deyə K.Hüseynov bəyan edib.
Azərbaycan HHQ-nin aviasiya vasitələrinin texniki xüsusiyyətlərini açmadan, ekspert vurğulayıb ki, “onlar İrəvanın Zvartnots aeroportu və Gümri, Eribuni, Arzni kimi digər əsas aerodromlardan havaya qalxan bütün obyektlərə nəzarət etmək iqtidarındadırlar və bunu edirlər”.
“İrəvan aeroportu və digər əsas aerodromlardan havaya qalxan hər bir obyekt Azərbaycan HHQ-nin nəzarəti altındadır. Qeyd etmək lazımdır ki, erməni tərəfi dəfələrlə Xocalı aeroportunu istifadəyə verilməsi tarixi barədə bəyan edib və dəfələrlə həmin tarixi təxirə salıb. Məsələ bundadır ki, düşmən bu Azərbaycan şəhərinin coğrafi yerləşməsini və Azərbaycan tərəfinin həm texniki, həm də hərbi imkanlarını nəzərə alaraq onun istifadəyə verilməsi ilə bağölı hər hansı addım atmağa qorxur. İrəvanda yaxşı anlayırlar ki, bu onların sonunun başlanğıcı olacaq”, - deyə o vurğulayıb.
1 oktyabr 2012-ci il tarixində Ermənistan tərəfi daimi uçuşların həyata keçirilməsi məqsədilə işğal olunan Azərbaycan ərazisində Xocalı aeroportunu təmir edib. Buna cavab olaraq, Azərbaycan tərəfi beynəlxalq hüquq, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslanaraq bu hərəkətlətin qanuna zidd olduğunu və həmin aeroporta uçuş həyata keçirən təyyarələri vurulacağını bəyan edib. Erməni tərəfinin tezliklə istifadəyə verilməsinə dair çoxsaylı bəyanatlara baxmayaraq, Xocalıda aeroport hələ də fəaliyyət göstərmir.
K.Hüseynov erməni tərəfinin Hərbi Hava Qüvvələrindən istifadə edərək hərbi əməliyyatın aparılması imkanını şübhə altına qoyub. Onun sözlərinə görə, Ermənistan Hərbi Hava Qüvvələrinin əsasını Su-25 (16 ədəd), L-39 təlim birmotorlu təyyarələr (10 ədəd), həmçinin Mİ-8 (10 ədəd), Mİ-24 (11 ədəd) helikoöterləri və İl-76 nəqliyyat təyyarələri (2 ədəd) təşkil edir.
Göründüyü kimi, “bu cür zəif HHQ arsenalına malik olaraq, Ermənistan Azərbaycan əraziləri üzərində hətta manevrə oxşar fəaliyyət həyata keçirməyə qadir deyil”, deyə o bəyan edib.
Artilleriya qurğularından zərbələrin endirilməsi, həmçinin erməni tərəfinin “S-300” komplekslərinə malik olmasına dair spekulyasiyalara gəlincə isə, agentliyin həmsöhbəti qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrin artilleriya arsenalı Ermənistanın arsenalını iki dəfədən artıq üstələyir.
“Bəli, Ermənistan 2 ədəd “S-300” komplektinə malikdir. Lakin bu köhnə modeldir. Onların hərəkət sahəsi 47-40 km-dir və maye yanacaqda işləyirlər. Azərbaycan isə, bildiyiniz kimi, bu silahın ən yeni nümunələrini alaraq, döyüş növbəsinə qoyub. Onlar bərk yanacaqla işləyirlər və əhatə dairələrə daha genişdir”, - deyə K.Hüseynov.
` Bundan əlavə, ekspertin sözlərinə görə, Ermənistan bu günə Çin istehsalı olan WM-80 “Smerç” sisteminin anloqudur, lakin bir çox göstəricilərə görə orijinaldan geri qalır. Bununla yanaşı, Ermənistan tərəfi həmçinin yaylım atəş sistemləri olan LAR-160, Lynx Grad, özüyeriyən artilleriya qurğuları 2S7 “Pion”, М-46 haubisalarına malik deyil. K.Hüseynovun sözlərinə görə, Azərbaycan isə son 10 ildən artıq bir müddətdə arsenalını 9А52 “Smerç” artilleriya sistemləri, «Toçka-U» 9Р129-1М kompleksləri, 2S1 “Qvozdika”, 2S3 «Akatsiya” sistemləri, D-30 haubisaları, PM-38 tipli 120 mm minaatanlarla zənginləşdirib. Həmçinin S-300 PMU-2 (Favorit), С-125 “Peçora”, Buk-MB, “Strela-1”, “Strela-3”, “İqla-1”, “İqla-S” kimi sistemlər Azərbaycan ordusunun döyüş növbəsində durub. Sonuncu ilə bir il öncə Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 helikopteri qoşunların təmas xəttində Azərbaycanın yaxın ərazidə hücum manevri zamanı vurulub.
“Hazırda aparıcı istehsalçılarla ən yeni silah nümunələrinin alışına dair danışıqlar aparılır. Həmçinin bu sahədə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri də yaxşı çalışırlar. Onlar ordunu zəruri hərbi sursat və mümkün hərbi əməliyyatların aparılması üçün digər vasitələrlə təchiz edirlər”, - deyə K.Hüseynov qeyd edib.
“Ermənistan rəhbərliyi mümkün hücumların ölkəsi üçün nəyə səbəb olacağı barədə ciddi düşünməlidir”, - deyə o vurğulayıb.
F.İsazadə
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6% artıb
AMB: 2023-cü ildə Azərbaycanın xaricdə birbaşa xarici investisiyaları $3,1 milyard təşkil edib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət