Fransada yaşayan azərbaycanlılar “Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi barədə xəbəri dərin təəssüf hissi ilə qarşılayıb. Bu barədə Paris Azərbaycan Evinin yaydığı etiraz bəyanatında bildirilir.
Bəyanat müəllifləri yazır ki, 27 ildir davam edən, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrilməsinə, on minlərlə azərbaycanlının ölümünə və Xocalı soyqırımı kimi dəhşətli bir cinayətə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığı bir vaxtda Fransanın rəsmi şəxslərinin bu cür təşəbbüsləri anlaşılmazdır: “Fransa münaqişənin nizamlanmasına vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu baxımdan diaspor nümayəndələri Paris merinin Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş separatçı rejimə dəstək ifadə edən belə layihələrə himayədarlıq etməsi Azərbaycan ictimaiyyətində Fransanın ədalətli həmsədr olmasına ciddi şübhələr yarada bilər”.
Fransadakı Azərbaycan diasporu etiraz bəyanatında “Hayastan” fondunun topladığı vəsaitin terrorçu bir rejimin planlaşdırdığı layihələrin dəstəklənməsinə sərf olunduğunu da diqqətə çatdırır və bildirir ki, terrordan əziyyət çəkən bir ölkənin rəsmi şəxsinin terror, işğalçılıq prinsipləri əsasında qurulmuş bir rejimlə bu cür yaxından əməkdaşlıq etməsi olduqca təəccüblüdür.
Paris Azərbaycan Evinin bəyanatında həmçinin "Hayastan" fondunun kifayət qədər qeyri-şəffaf qurum olması da xanım Ann İdalqonun diqqətinə çatdırılır. ABŞ-da yaşayan erməni icmasının bir neçə dəfə fondu boykot etmək üçün etiraz aksiyaları təşkil etməsi, eləcə də fondun dəfələrlə Qarabağdakı rejimə yardım adı altında maliyyə maxinasiyalarına dair iddiaların bu gün də erməni diasporunun müzakirə etdiyi mövzulardan biri olması vurğulanır. Bəyanatda qeyd edilir ki, vergidən yayınma, çirkli pulların yuyulması, ermənilərə yardım adı altında fonda toplanan vəsaitlərin mənimsənilməsi haqqında elə erməni jurnalistlərin özlərinin yazdığı araşdırmalar xeyli saydadır: “Belə bir qeyri-şəffaf imicə malik bir quruma Paris merinin dəstək verməsi təəccüb doğurmaya bilməz”.
Fransadakı azərbaycanlılar separatçı rejimə, qeyri-şəffaf fəaliyyəti ilə tanınan "Hayastan" fonduna dəstək verilməsinə görə öz narahatlığını bildirir və Fransanın bütün rəsmi şəxslərini ölkələrinin üzərinə götürdüyü missiyaya sadiq olmağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutaraq münaqişə tərəflərinə bərabər məsafədə dayanmağa çağırırır.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət